“Bayden Blinken administrasiyasının bu davranışı nankorluq və strateji korluqdur”
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“907-ci düzəliş ABŞ Konqresində qəbul edilən və Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdıran hüquqi sənəddir. Onun mahiyyəti ondan ibarət idi ki, Azərbaycan guya Ermənistanla münaqişədə “blokada” siyasəti yürüdür və buna görə də yardım ala bilməz. Halbuki, bu düzəliş açıq-aşkar erməni lobbisinin təsiri ilə qəbul edilmişdi və illərlə ölkəmizə qarşı siyasi təzyiq aləti kimi istifadə olunurdu”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
T.İsmayılov bildirib ki, Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, 11 sentyabr hadisələrindən sonra ABŞ-nin Əfqanıstanda həyata keçirdiyi missiya çərçivəsində Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxdı: “Bu səbəbdən Amerika administrasiyası düzəlişin tətbiqini dayandırdı və 2024-cü ilə qədər bu vəziyyət davam etdi. Lakin missiya başa çatdıqdan sonra Bayden administrasiyası düzəlişi yenidən işə saldı. Bu, bir daha göstərir ki, ABŞ-nin siyasəti prinsiplərə deyil, yalnız öz maraqlarına əsaslanır. Azərbaycan lazım olanda tərəfdaş, lazım olmayanda isə təzyiq hədəfi kimi təqdim olunur. Politoloq baxışından bu, Qərbin ikili standartlarının bariz nümunəsidir. Əslində, düzəlişin iqtisadi təsiri yoxdur. Çünki Azərbaycan müstəqil enerji siyasəti, güclü iqtisadiyyatı və regional layihələri ilə özünü təmin edir. Amma siyasi baxımdan bu addım ABŞ-nin etibarsız tərəfdaş olduğunu göstərir”.
O əlavə edib ki, Azərbaycan isə öz milli maraqlarını qorumaqda qətiyyətlidir, müstəqil siyasət yürüdür və heç bir xarici gücün diktəsinə boyun əymir: “Bayden-Blinken administrasiyasının bu davranışı həm nankorluq, həm də strateji korluqdur. Çünki Azərbaycan regionda sabitlik, enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq üçün mühüm ölkədir. ABŞ-nin bu cür qərəzli addımları yalnız öz nüfuzunu zəiflədirdi, Azərbaycan isə mövqeyini daha da gücləndiridi”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 06 Yanvar 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















