Icma.az
close
up
RU
Bayden çip ixracını məhdudlaşdırmağa hazırlaşır

Bayden çip ixracını məhdudlaşdırmağa hazırlaşır

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cozef Baydenin administrasiyası vəzifəsini tərk etməzdən əvvəl “Nvidia Corp” kimi şirkətlər tərəfindən süni intellekt çiplərinin ixracına əlavə məhdudiyyətlər qoymağı planlaşdırır.

“Cebheinfo.az” xəbər verir ki, vəzifəsini tərk etməzdən bir neçə gün əvvəl Prezident Cozef Baydenin administrasiyası “Nvidia Corp” kimi şirkətlər tərəfindən süni intellekt çiplərinin ixracına bir sıra əlavə məhdudiyyətlər qoymağı planlaşdırır. 

Bu, qabaqcıl texnologiyaları Çin və Rusiyanın əlindən kənarda saxlanması üçün atılan son addım kimi şərh olunur.

Məsələ ilə tanış olan mənbələrə görə, ABŞ məlumat mərkəzlərində istifadə edilən süni intellekt çiplərinin satışını həm ölkə, həm də şirkət əsasında məhdudlaşdırmaq istəyir.

Bu yolla dost ölkələrdə süni intellektin inkişafının diqqət mərkəzində saxlanılması və bütün dünya üzrə müəssisələrin Amerika standartlarına uyğunluğunun təmin edilməsi hədəflənir.

Sözügedən mənbələr süni intellekt sahəsində istifadə edilən çiplərin ixracını məhdudlaşdırmağa yönəlmiş yeni qaydaların cümə günü dərc oluna biləcəyini bildirir. 

Bir neçə ABŞ müttəfiqi Amerika çiplərinə məhdudiyyətsiz girişi saxlayacaq. Bu arada, bir qrup düşmənin yarımkeçiriciləri idxalının qarşısı effektiv şəkildə alınacaq.

Dünyanın çox hissəsi düşmən kimi təsnif edilən ölkələrə gedə biləcək ümumi hesablama gücündə məhdudiyyətlərlə üzləşəcək.
Süni intellekt çiplərinin aparıcı istehsalçısı “Nvidia”nın səhmləri 1 faizdən çox ucuzlaşıb. 

Səhmlər 2023 və 2024-cü illərdə şirkətin dünyanın ən dəyərli çip istehsalçısı olmasına səbəb olan böyük qazanclardan sonra bu günə qədər 4,3 faiz artmışdı.

“Nvidia” açıqlamasında bu təklifə etiraz edib:

"Dünyanın əksər hissəsinə ixracı məhdudlaşdıran son dəqiqə qaydası sui-istifadə riskini azaltmayacaq, lakin iqtisadi artımı və ABŞ rəhbərliyini təhdid edəcək böyük siyasət dəyişikliyi olacaq".

Nigar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri