Icma.az
close
up
RU
Bayden “dirildi” və Trampı “sürüdü” “Buna inanan insanlar axmaqdır!”

Bayden “dirildi” və Trampı “sürüdü” “Buna inanan insanlar axmaqdır!”

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Donald Tramp administrasiyasının bəzi ərazilərin Rusiyaya verilməsi üçün Ukraynaya təzyiq göstərməsi Putini sakitləşdirmək cəhdidir.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin keçmiş Prezidenti Co Bayden BBC-yə müsahibəsində deyib.

Jurnalistlər Baydenə xatırladıblar ki, o, dəfələrlə sülh sazişi çərçivəsində Ukrayna ərazilərinin Rusiyaya veriləcəyi təqdirdə Putinin dayanmayacağını deyib. Bayden cavab olaraq həmin fikrində qaldığını söyləyib: “Bunun əksinə inanan insanlar axmaqdır”.

Bayden hesab edir ki, hazırkı Amerika lideri “dünyanın müasir tarixini dəyişəcək” və bu dəyişiklik yaxşı istiqamətdə olmayacaq. Bayden Trampın Panama kanalını qaytarmaq, Qrenlandiyanı almaq və Kanadanı 51-ci ştat etmək çağırışlarını da pisləyib: "Lənətə gəlsin, burada nə baş verir? Hansı prezident belə danışar? Biz(ABŞ) belə deyilik. Biz azadlıqdan, demokratiyadan, yeni imkanlardan yanayıq, müsadirədən yox!"

Tramp administrasiyasının Ukraynanın sülh razılaşmasına nail olmaq üçün müəyyən ərazilərdən imtina etməli olması barədə mövqeyini şərh edən Baydenin sözlərinə görə, bu, Böyük Britaniyanın keçmiş Baş naziri Nevil Çemberlenin 1930-cu illərdə Avropada fəlakətli müharibədən qaçmaq üçün Adolf Hitleri sakitləşdirməyə çalışmasına bənzəyir.

Bayden həmçinin, Trampın Putinlə dialoqa yanaşma tərzini, ona əlverişli şərait yaratmasını pisləyib: "Mən sadəcə olaraq, insanların necə düşündüyünü başa düşə bilmirəm. Əgər biz bir diktatorun, qanqsterin ona məxsus olmayan böyük torpaq sahələrini ələ keçirməsinə icazə versək, bu, onu qane edəcək? Mən tam başa düşə bilmirəm".

Bayden həmçinin, Ukraynanın bəzi ərazilərini verəcəyi təqdirdə Rusiya ilə həmsərhəd olan bəzi NATO ölkələrinin Putinə güzəştə getməli olacağından narahatlığını ifadə edib.

Bundan əlavə, Bayden iddia edib ki, guya onun administrasiyası dövründə ABŞ Ukraynaya kifayət qədər dəstək verib: “Biz onlara müstəqilliklərini təmin etmək üçün lazım olan hər şeyi verdik və Putin yenidən fəaliyyətə başlayarsa, daha aqressiv cavab verməyə hazır idik”.

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 May 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri