Bayden dövründə Ukraynaya hərbi yardım 62 milyard dolları keçib Pentaqon
Icma.az, Sitat.info saytına istinadən bildirir.
Pentaqon Bayden dövründə Ukraynaya hərbi yardımın 62 milyard dolları keçdiyini açıqlayıb.
Sitat.info-nun xarici mediaya istinadən xəbərinə görə, Pentaqon bildirib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası dövründə ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi həcmi 62 milyard dolları keçib, bunun təxminən 61,4 milyard dolları Rusiyanın xüsusi hərbi əməliyyatının başlamasından sonra ayrılıb.
ABŞ-dan Ukraynaya 725 milyon dollarlıq yeni yardım paketi də imzalanıb.
ABŞ-da səlahiyyət müddəti yanvarın 20-də başa çatacaq Co Bayden administrasiyası Ukraynaya əlavə silah və texnika ilə dəstək vermək qərarına gəlib. Dövlət katibi Entoni Blinken Ukraynaya 725 milyon dollarlıq əlavə silah və texnika dəstəyi verəcəklərini açıqlayıb.
Seymur,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 03 Dekabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















