Bayden Kaliforniya yanğınlarını ştat tarixində ən dağıdıcı yanğın adlandırıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Co Bayden Kaliforniyada təxminən 11 min hektar əraziyə çatan yanğınları ştat tarixindəki ən böyük və ən dağıdıcı yanğın adlandırıb.
APA xəbər verir ki, o, bu barədə cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.
“Bunlar Kaliforniya tarixində ən geniş yayılmış və dağıdıcı yanğınlardır. Hazırda 360 min insan təxliyə edilib”, - deyə o bildirib.
ABŞ hakimiyyəti yanğını söndürmək üçün Kaliforniyaya əlavə yanğınsöndürmə qrupları və təyyarələr göndərir.
O həmçinin qeyd edib ki, Kanadadan da yanğınsöndürmə briqadaları və yanğınsöndürən təyyarələr gətirilib.
“AccuWeather” konsaltinq şirkətinin proqnozlarına görə, yanğınlar nəticəsində dəyən ziyan və iqtisadi itkilər 52-57 milyard dollar arasında olacaq.
"Financial Times" qəzeti JPMorganın məlumatlarına istinadən xəbər verir ki, sığorta şirkətlərinin Kaliforniyada baş verən yanğınlardan itkiləri 20 milyard dollar, ümumi zərər isə 50 milyard dollar təşkil edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 10 Yanvar 2025 06:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















