Bayden, LasVeqasdakı partlayışın təhqiqatına kömək əmri verdi
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Prezident Las-Veqasda “Trump International” otelinin yaxınlığında baş verən yanğın və partlayışla bağlı məlumatlandırılıb və o, öz komandasına bütün lazımi federal yardımı göstərməyi tapşırıb”, - deyə mesajda qeyd edilir.
Sənəddə göstərildiyi kimi, Kemp Deviddə (Meriland ştatı) iqamətgahında olan Bayden də Yeni Orleanda (Luiziana) törədilmiş terror aktı ilə bağlı aparılan istintaqın gedişi barədə məlumatlandırılıb.
Yeni il ərəfəsində yerli vaxtla saat 3 radələrində avtomobil Nyu Orlean şəhərinin mərkəzindəki Burbon küçəsində piyadalar üçün nəzərdə tutulmuş küçədə izdihamın üzərinə sürüb. Maşın dayandıqdan sonra cinayətkar polis əməkdaşlarına atəş açmağa başlayıb və cavab atəşi ilə öldürülüb. Son məlumatlara görə, 15 nəfər ölüb, ən azı 30 nəfər yaralanıb.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) mətbuatın sorğusuna cavab olaraq hadisəni terror hücumu kimi təsnif etdiyini bildirib. Onun sözlərinə görə, hadisəni törədən Texas ştatından olan ABŞ vətəndaşı Şəmsud Din Cabbar olub. Terror aktı zamanı onun yanında “İslam Dövləti” (İŞİD) terror təşkilatının bayrağı olub, terrorçularla əlaqəsi müəyyənləşdirilir. Hazırda FTB hadisədə əli ola biləcək digər terrorçuları axtarır.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 02 Yanvar 2025 08:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















