Bayden: NyuOrleandakı terror aktı ilə LasVeqas partlayışı arasında əlaqə araşdırılır
Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ xüsusi xidmət orqanları Nyu-Orleanda (Luiziana ştatı) baş vermiş terror aktı ilə Las-Veqasda (Nevada ştatı) “Cybertruck” pikapının partlaması arasında əlaqənin olub-olmadığını araşdırır.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden söyləyib.
“Biz Las-Veqasda “Trump Hotel” yaxınlığında “Cybertruck” pikapının partlaması ilə bağlı vəziyyəti izləyirik”, – Amerika lideri Kemp-Deviddəki (Merilend ştatı) istirahət iqamətgahından Nyu-Orleandakı terror aktı və Las-Veqasdakı partlayışla əlaqədar vətəndaşlara qısa müraciətində bildirib.
“Hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətləri də bu işi araşdırır, o cümlədən Nyu-Orleandakı hücumla hər hansı mümkün əlaqənin olub-olmadığını müəyyənləşdirir”, – Bayden qeyd edib.
Amerika lideri jurnalistlərin baş verənlərlə bağlı ABŞ-nin seçilmiş prezidenti Donald Trampla söhbət edib-etmədiyi və yaxın vaxtlarda ABŞ-də oxşar hadisələrin gözlənilməsi ilə bağlı suallarını cavablandırmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 02 Yanvar 2025 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















