Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Bayden qlobal apokalipsis in təməlini qoyub, getdi: Tramp isə onun fəlakət ssenarisini sona çatdıracaq

Bayden qlobal apokalipsis in təməlini qoyub, getdi: Tramp isə onun fəlakət ssenarisini sona çatdıracaq

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bayden administrasiyası dövründə başladılmış qlobal xaosun prezident Donald Trampın hakimiyyəti dönəmində də davam etdirilə biləcəyi artıq tamamilə real görünür... Ağ Evin yeni sahibinin mesajlarından belə anlaşılır ki, dünyanın mövcud siyasi-hüquqi düzəni tamamilə dağıdılacaq, yenisi isə böyük ehtimalla yaradılmayacaq...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, ABŞ-da və dünyada Bayden adminstrasiyası dönəmi sona çatdı. Bu dövr dünyada yeni regional münaqişələr və hərbi-siyasi qarşıdurmalarla iz buraxdı. Bayden administrasiyası dünyaya Ukrayna savaşını miras buraxıb, getdi. Çünki Rusiya Ukraynaya hərbi təcavüz etsə də, bunun ssenarisinin məhz Ağ Evdə hazırlandığı artıq qətiyyən şübhə doğurmur. Ona görə də, Ukrayna savaşının siyasi məsuliyyəti işğalçı Rusiya ilə yanaşı, həm də Bayden administrasiyasının üzərinə düşəcək. Və bu baxımdan, Bayden adminstrasiyasının yaratdığı beynəlxalq xaos hələ uzun müddət öz neqativ təsirini davam etdirəcək kimi görünür.

Onu da qeyd etmək lazımdır ki, Bayden administrasiyası Cənubi Qafqaza yönəlik addımları ilə də məkrli planlar müəllifi kimi diqqəti çəkmiş oldu. Hər halda, son dörd il ərzində ABŞ-ın ifrat ermənipərəst mövqedən çıxış etdiyi qətiyyən mübahisə doğurmayacaq səviyyədə inkaredilməz reallıqdır. Üstəlik, Ağ Evin ermənipərəst siyasi kursuna məhz ABŞ-ın dövlət katibi Entoni Blinken avanqardlıq etdirdi. Bu amerikalı məmur Azərbaycana qarşı Brüssel təxribatının əsas müəlliflərindən biridir. Və onun son anda - hakimiyyətin təhvil verilməsinə cəmisi bir həftə qalmış rəsmi İrəvanla strateji tərəfdaşlıq sazişi imzalayaraq, Ermənistanı ABŞ-ın himayəsi altına yerləşdirməsi də məqsədyönlü xarakter daşıyır.

Digər tərəfdən, Bayden adminstrasiyası son dörd il ərzində ABŞ və Azərbaycan arasında mövcud münasibətləri ciddi şəkildə qəlizləşdirdi. ABŞ-ın dövlət katibi Entoni Blinken vaxtilə hətta Ermənistanı müdafiə etmək məqsədilə Azərbaycana qarşı təzyiq göstərməyə də cəhd edib. Ancaq rəsmi Bakının qətiyyətli və prinsipial reaksiyası ABŞ dövlət katibinin təzyiq cəhdlərini boşa çıxarıb. Və hazırda ermənipərəst Bayden adminstrasiyasının günahı ucbatından Azərbaycan-ABŞ münasibətləri hələ də qəliz olaraq, qalmaqdadır.

Təbii ki, bütün bunları nəzərə aldıqda, Bayden administrasiyasının nəhayət, qlobal siyasi səhnədən birdəfəlik çəkilməsindən məmnun olan dünya dövlətləri sırasında Azərbaycan da yer alır. Hər halda, beynəlxalq hüquq normalarına tam şəkildə riayət etməklə, müstəqil xarici siyasət yürüdən Azərbaycanın digər dünya dövlətləri ilə yanaşı, ABŞ-la da qərəzdən uzaq ədalətli münasibətlərə haqqı çatır. Və Azərbaycan artıq çoxdan xarici təzyiqlərlə mövqeyindən geri çəkilmək məcburiyyətində qala biləcək dövlətlərin sırasında yer almır.

Tramp adminstrasiyasına gəldikdəsə, onun öz səlahiyyətlərinin icrasına başlaması ilə dünyada daha fərqli yeni dönəmin start götürəcəyi gözlənilir. Bu qlobal gözləntilərin doğrulub-doğrulmayacağını dəqiqləşdirmək üçün o qədər də böyük zaman intervalına yəqin ki, ehtiyac olmayacaq. Hər halda, ABŞ-ın yeni prezidenti Donald Tramp seçki ərəfəsində və ondan sonra verdiyi mesajlarla qarşısına qoyduğu əsas hədəfləri artıq böyük ölçüdə bəyan edib. Və indi sadəcə, Ağ Evin yeni sahibinin prezident postunda mövqeyinin verdiyi vədlərlə nə qədər uzlaşacağı maraq doğurmaqdadır.

Prezident Donald Trampın əsas beynəlxalq vədi Ukrayna savaşının ən qısa zamanda, hətta bir gün ərzində dayandırılması ilə birbaşa bağlıdır. Rusiyanın "savaş bataqlığı"ndan çıxarılmasına indi daha çox ehtiyac duyan Kremldə Ağ Evin yeni sahibinin bu vədinə böyük ümidlər bəsləyirlər. Xüsusilə də, Ukrayna savaşının dayandırılmasına yönəlik "Kelloq planı"nın detalları məlum olduqdan sonra Kremldə Tramp adminstrasiyasının öz səlahiyyətlərinin icrasına başlayacağı günü səbrsizliklə gözləyirdilər. Və bu baxımdan, Rusiya siyasi dairələrinin Tramp adminstrasiyası ilə səhnəarxası müzakirələrində əldə edilən nəticələr də Kremli böyük ölçüdə təmin edirdi.

Ancaq Kremlin Tramp adminstrasiyasına olan böyük ümidləri qısa müddətdə öz önəmini itirə də bilər. Belə ki, Ağ Evin yeni sahibi Ukrayna savaşının qısa müddətdə, xüsusilə də cəmisi bir gün ərzində dayandıracağı barədə vədindən artıq tədricən geri çəkilməyə başlayıb. Hər halda, indi o, buna nail olmaq üçün ən azı altı aya ehtiyacı olacağını vurğulamağa başlayıb. Və bu, hərbi-siyasi seytnot vəziyyətində olan Kreml üçün birmənalı şəkildə məyusedici məqamdır.

Digər tərəfdən, Kreml sahibi Vladimir Putin prezident Trampla istənilən vaxt dərhal görüşməyə hazır olduğunu artıq bir neçə dəfə vurğulayıb. Ancaq prezident Donald Tramp deyəsən, bu məsələdə də xüsusi tələskənliyə ehtiyac olmadığı qənaətinə gəlib. Belə ki, Ağ Evin yeni sahibi prezident Vladimir Putin ilə onun arasında yaxın günlərdə telefon danışığının təşkil olunması barədə göstəriş verib.

Eyni zamanda, Ağ Evin yeni sahibi onu da bildirib ki, həmin telefon danışığında prezident Vladimir Putinlə yaxın aylarda keçirəcəyi görüşü müzakirə etmək niyyətindədir. Bu, o deməkdir ki, Tramp-Putin görüşü yaxın vaxtlara təsadüf etməyəcək, Ukrayna savaşının da tezliklə dayandırılmasına yönəlik ümid bəsləmək yersizdir. Və belə anlaşılır ki, Ağ Evin yeni sahibi vaxtı uzatmaqla, Kremlin olduqca ciddi güzəştlərə məcbur qalacağı məqamı gözləməyə üstünlük verə bilər.

Nəhayət, prezident Donald Trampın hakimiyyəti dönəmində ABŞ-ın Kanada, Qrenlandiya və Panama kanalı ətrafında ciddi hərbi-siyasi gərginlik yarada biləcəyi də istisna edilmir. Ağ Evin yeni sahibi Kanada və Qrenlandiyanı ABŞ-ın tərkibinə qatmaq niyyətini artıq rəsmən bəyan edib. Eyni zamanda, prezident Donald Tramp hesab edir ki, Panama kanalına da məhz ABŞ nəzarət etməlidir. Və bütün bunlar dünyada yeni qlobal hərbi-siyasi qarşıdurmalar üçün olduqca ciddi səbəblərdir.

Məsələ ondadır ki, ABŞ kimi, Kanada da NATO dövlətidir. Əgər, bu ölkənin siyasi iradəsinə zidd olaraq, müstəqil dövlət statusu əlindən alınarsa, NATO-nun müdaxilə etmək məcburiyyəti yaranacaq. Qrenlandiya isə Danimarkanın siyasi idarəetməsi altında olan ərazidir. Danimarka isə həm Avropa Birliyinə, həm də NATO-ya üzv ölkədir. Yəni, Qrenlandiya məsələsi də ABŞ-ın həm NATO, həm də Avropa Birliyi ilə münasibətlərini qarşıdurma həddinə çatdıra bilər.

Halbuki, Ağ Evin yeni sahibinin həm NATO-nu, həm də Avropa Birliyini başqa səbəblərdən də hədəfə aldığı artıq məlumdur. Belə ki, prezident Donald Tramp ABŞ büdcəsindən NATO-nun maliyyələşdirilməsinə külli miqdarda maliyyə vəsaiti ayrılmasına qarşı çıxır. Eyni zamanda, tarixi missiyasını sona çatdırdığını vurğuladığı NATO-dan ABŞ-ın çıxması ideyasına da müəlliflik edir. Və Ağ Evin yeni sahibi ABŞ-ın iqtisadi-ticari rəqibləri sırasında gördüyü Avropa Birliyini sanksiyalar ilə təhdid edir.

Bütün bunları nəzərə aldıqda, Bayden administrasiyası dövründə başlanılmış qlobal xaosun prezident Donald Trampın hakimiyyəti dönəmində davam etmə ehtimalı artıq tamamilə realdır. Hətta ola bilər ki, Tramp adminstrasiyası dönəmində dünyanın mövcud siyasi-hüquqi düzəni ümumiyyətlə, dağılar. Və bunun əvəzində dünya qlobal apokalipsis dövrünə keçid mərhələsinə daha çox yaxınlaşar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Yanvar 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri