Icma.az
close
up
RU
Bayden Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Bayden Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden Rusiyanın enerji sektoruna qarşı yeni, genişmiqyaslı sanksiyalar planlaşdırıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Qeyd olunur ki, bu, yeni seçilmiş prezident Donald Trampın komandasına Rusiya hakimiyyəti ilə mümkün danışıqlar zamanı daha çox təsir rıçaqları verəcək.

2024-cü ilin fevral ayının sonunda Bayden ABŞ-nin Rusiyaya qarşı 500-dən çox sanksiya tətbiq etdiyini təsdiqləyib. Eyni zamanda o, Vaşinqtonun Rusiyanın enerji ixracından əldə etdiyi gəliri azaltmağı qarşısına məqsəd qoyub.

Xatırladaq ki, dekabr ayında ABŞ hakimiyyəti “Şimal axını 2” qaz kəmərinin tikintisində iştirak edən bir neçə rus şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib.

Türkan İSGƏNDƏRLİ

seeBaxış sayı:70
embedMənbə:https://redaktor.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri