Bayden və Tramp arasındakı YANĞIN SAVAŞI: “Hansısa lider belə bir riskə getməz” Yeni Çağ Media
Yenicag saytına istinadən Icma.az xəbər verir.
“Düşünmürəm ki, ABŞ kimi dövlətdə hansısa lider belə riskə getsin”.
Bunu Yenicag.az-a açıqlamasında ABŞ-də baş verən yanğınların Bayden administrasiyası tərəfindən yenidən prezident seçilən Donald Trampa qarşı törədildiyi fikirlərinə münasibət bildirən politoloq Vəli Əlibəyov deyib.
Onun sözlərinə görə, belə fikirlərə qeyri-ciddi yanaşmaq lazımdır. Çünki hər bir proses kimi yanğınların da sonu var.
“Tramp prezident fəaliyyətinə yenidən başladıqdan sonra istədiyini hər bir halda yerinə yetirəcək. Yəni yanğınlarla onun qarşısını almaq mümkün deyil. Eyni zamanda, nə dünyada, nə də ABŞ-də çox az lider tapılar ki, belə böyük faciə üzərindən öz ambisiyalarını yerinə yetirsin. Düzdür, var elələri, bizim yaxın qonşuluğumuzda yerləşir. Ancaq yenə də düşünmürəm ki, ABŞ kimi dövlətdə hansısa lider belə riskə getsin”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 15 Yanvar 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















