Icma.az
close
up
RU
Baydenə sümük metastazı diaqnozu Tramp münasibət bildirdi

Baydenə sümük metastazı diaqnozu Tramp münasibət bildirdi

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın sabiq prezidenti Cozef Baydenin səhhəti ilə bağlı yayılan xəbərlərə mövcud Prezident Donald Tramp reaksiya verib.

Tribunainfo.az xəbər verir ki, Tramp “Truth Social” platformasında paylaşdığı mesajda Baydenə və ailəsinə dəstək ifadə edib.

“Melaniya və mən Baydenin son diaqnozu barədə üzüntü ilə xəbər tutduq. Cillə və onun ailəsinə ən səmimi arzularımızı çatdırırıq, Co Baydenə isə tezliklə və uğurla sağalmasını diləyirik”, – deyə Tramp bildirib.

CNN-in məlumatına görə, bu qısa açıqlama Trampın rəqibinə qarşı insani yanaşmasının ifadəsi hesab olunur. Qeyd edək ki, Tramp 2024 seçkilərində Baydenin artıq iştirak etməyəcəyini bildirsə də, ona qarşı tənqidi mövqeyini davam etdirirdi.

Baydenə hansı diaqnoz qoyulub?
UNIAN xəbər verir ki, ABŞ-ın 46-cı prezidenti Co Baydenə prostat vəzi xərçənginin aqressiv forması diaqnozu qoyulub. Həkimlər, aparılan müayinələr zamanı şübhəli bir düyün aşkar etdikdən sonra, əlavə testlər nəticəsində bu nəticəyə gəliblər.

Baydenin nümayəndələrinin sözlərinə görə, xəstəlik hormonlara qarşı həssasdır və bu da onu effektiv şəkildə müalicə etməyə imkan verir.

CNN-in yayımladığı məlumatda isə qeyd olunur ki, Baydenin xərçəngi Gleason şkalası üzrə 9 balla (5-ci dərəcə) qiymətləndirilib və artıq sümük metastazları müşahidə olunub.

Hazırda Bayden və ailəsi həkimləri ilə birgə müalicə variantlarını nəzərdən keçirirlər.

İmran Kərimli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 May 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri