Icma.az
close
up
RU
Baydenin gethagetdə Ərdoğana jestinin səbəbi...

Baydenin gethagetdə Ərdoğana jestinin səbəbi...

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident kimi son günlərini keçirən ABŞ lideri Suriyadakı antiterror əməliyyatları ilə bağlı Türkiyəyə tətbiq edilmiş sanksiyaları ləğv etdi; Ankara-Vaşinqton münasibətlərində "yaşıl işıq" - şərh

ABŞ 2019-cu ildə "Barış Pınarı Hərəkatı"nın ardından Türkiyəyə tətbiq edilən sanksiyaları aradan qaldırıb. "Yeni Müsavat" xəbər verir ki, bu barədə bir neçə günə hakimiyyəti Donald Trampa təhvil verməyə hazırlaşan ABŞ Prezidenti Co Bayden Suriya ilə bağlı cari vəziyyətə dair əlavə düzəlişlərin yer aldığı 14142 saylı yeni fərman imzalayıb. 14 oktyabr 2019-cu ildə o dövrdəki prezident Donald Trampın imzası ilə yayımlanan 13894 saylı fərman yenilənib və əvvəlki mətndə Türkiyə ilə bağlı müddəalar oradan çıxarılıb. Baydenin bu addımı bunu uzun zamandır tələb edən Ankara üçün hüquqi baxımdan mühüm nailiyyət kimi qiymətləndirilib. 

Konqresə göndərdiyi bildirişdə Bayden Suriya ilə bağlı vəziyyətin 2019-cu ildən bəri ciddi şəkildə dəyişdiyini və həmin fərmanda qeyd olunan Türkiyənin hərbi əməliyyatı ilə bağlı gündəmin geridə qaldığını vurğulayaraq aşağıdakı fikirləri bildirib: "Bu fərman 13894 saylı prezident fərmanında istinad edilən bəzi əməliyyatların 5 il əvvəl başa çatmış olduğunu nəzərə alaraq, həmin fərmanda minimum dəyişikliklər edir. Xüsusilə, yenilənmiş fərman çərçivəsində ABŞ Suriyada sülh və təhlükəsizliyi, sabitliyi və ya ərazi bütövlüyünü təhdid edən, ciddi insan hüquqları pozuntularına səbəb olan və ya belə fəaliyyətlərə bilavasitə və ya dolayısı ilə iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq etmək hüququnu qoruyur".

ABŞ və Türkiyə müttəfiq ölkələrdir. Hər ikisi NATO üzvüdür. Amma Bayden iqtidarı öz müttəfiqinə sanksiyalar tətbiq etmişdi. İki ölkə arasında narazılıq doğuran təkcə Suriya əməliyyatları olmamışdı. Eləcə də "S 400" sistemləri ilə bağlı tərəflərin gərginliyi müşahidə olunurdu. Tramp isə Türkiyəyə yaxınlığı ilə seçilən amerikalı liderdir. Baxmayaraq ki, dövlət katibi postuna namizəd göstərdiyi Marko Rubio antitürk diplomatdır, bununla belə, qardaş ölkənin prezidenti Ərdoğan Trampı seçkilərdə təbrik edərkən "dostum Tramp" deyə xitab etmişdi. İndisə Bayden gedərayaq daha bir jest edir - bu dəfə Türkiyəyə sanskiyaları aradan qaldırmaqla əslində, Tramp üçün Ankara-Vaşinqton münasibətlərində tramplin yaratmış oldu. Hərçənd, sözügedən fərman Tramp tərəfindən 14 oktyabr 2019-cu ildə imzalanmışdı. Suriyada Əsəd rejiminin devrilməsindən sonra Türkiyənin patronajlığı ilə qurulan keçid hökumətini ABŞ də dəstəkləyir. Dəməşqə gəlmiş Dövlət Departamentinin nümayəndələri keçid hökumətinin lideri Qolaninin başına qoyulan 12 milyon dollarlıq mükafatın ləğv edildiyini açıqlamışdılar. İndisə Baydenin Suriya ilə bağlı Türkiyəyə qoyulan sanksiyaları aradan qaldırması həm Ankaraya jestdir, həm Ərdoğanın bu ərəb ölkəsində siyasətini dəstəkələməsinin təzahürüdür. 

"Ən əsası ABŞ Ermənistanla imzaladığı strateji tərəfdaşlıq sənədindən sonra Türkiyə ilə münasibətləri yumşaldır. Çünki Amerika Türkiyəsiz Ermənistanın Avropaya çıxışı olmayacağını yaxşı dərk edir. Ona görə ABŞ Türkiyə ilə əlaqələrinə yenidən baxır ki, tumarladığı İrəvan üçün Ankaradan güzəştlər istəsin. Hazırda Türkiyə-Ermənistan normallaşma prosesini Vaşinqton ikiəlli dəstəkləyir. Bayden ermənipərəst bir siyasətçi olduğu üçün bu detalı da nəzərə alaraq, Türkiyəyə qarşı sankiyaları aradan qaldırıb", - deyə "Yeni Müsavat"a açıqlamasında ekspert Fuad Əliyev belə şərh etdi. Onun fikrincə, ABŞ və Türkiyənin Suriya məsələsində mövqeləri üst-üstə düşür, sadəcə, YPG ilə bağlı fikir ayrılığı mövcuddur. Trampla Ərdoğan arasında daha isti münasibətlər gözləyən şərhçinin sözlərinə görə, bunun Azərbaycan üçün faydaları var: "Hər halda, sanksiyaların ləğvi təqdirəlayiq addımdır. Halbuki Türkiyə bu təzyiqləri haqq etmirdi. Çünki Suriyanın şimalında olan terrorçuları zərərsizləşdirirdi. Bu gün də həmin əməliyyatlar aparılır. Ərdoğan bəyan edib ki, onların başları əziləcək. Hətta bu günlərdə çağırış etdi ki, Suriyadan əllərinizi çəkin. O, PKK, İŞİD kimi terror qüvvələrinin məhv ediləcəyini anons etdi. Tramp hakimiyyəti Türkiyənin bu addımlarına qarşı getməyəcək".

"Yeni Müsavat"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Yanvar 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri