Baydenin milli təhlükəsizlik müşaviri xələfi ilə görüşdü
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
ABŞ-nin hazırkı prezidentinin milli təhlükəsizlik məsləhətçisi Ceyk Sallivan öz xələfi Mayk Uolts ilə ilk görüşünü keçirib. SİA xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Mənbələrin sözlərinə görə, görüş bu həftənin əvvəlində baş tutub. Bu, ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Uoltsu özünün milli təhlükəsizlik üzrə köməkçisi təyin etmək niyyətində olduğunu bəyan etməsindən sonra ilk görüş olub.
Məlumatda bildirilir ki, “Sallivan və Uolts Qəzzadakı müharibə və HƏMAS-ın girovları məsələsi də daxil olmaqla, milli təhlükəsizlik və xarici siyasət məsələlərini müzakirə ediblər”.
Sallivan noyabrın 13-də Ağ evdə keçirilmiş brifinqdə işlərin təhvil verilməsi zamanı Uoltsu Ukraynada davam edən müharibə, həmçinin İran və Çindən gələn təhdidlər barədə xəbərdar edəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 25 Noyabr 2024 07:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















