Baydenin nəticəsi dünyaya gəldi: ABŞ tarixində ilk dəfədir ki... FOTO
Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Birləşmiş Ştatlar tarixində ilk dəfə olaraq vəzifədə olan prezident ulu baba olub: Co Baydenin nəticəsi dünyaya gəlib.
Publika.az xəbər verir ki, Bayden Kaliforniyada keçirdiyi mətbuat konfransında böyük nəvəsi Naomi Baydenin çərşənbə günü ilk övladını dünyaya gətirdiyini açıqlayıb.
Naomi prezidentin ikinci oğlu Hunter Baydenin qızıdır. Yeni doğulan körpəyə 15 ildən çox əvvəl 19 yaşında avtomobil qəzasında faciəvi şəkildə dünyasını dəyişən atasının qardaşının şərəfinə IV Uilyam Brannon Nil adı verilib.
Naomi 2024-cü ilin noyabrında hamilə olduğunu elan etmişdi. 2022-ci ildə o, Ağ Evdə Piter Nillə ailə həyatı qurub, bu, tarixi hadisəyə çevrilib - ilk dəfə olaraq dövlət başçısının iqamətgahında prezidentin nəvəsinin toyu olub.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 09 Yanvar 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















