Baydenin oğlu əfv edildikdən sonra asılılığı olan adamlara kömək göstərmək qərarına gəldi
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Co Baydenin oğlu Hanter atası tərəfindən əfv edildikdən sonra həyatını asılılığı olan insanlara kömək etməyə həsr edəcəyini bildirib.
Oxu.Az bu barədə "Reuters"ə istinadən məlumat verir.
"Mən asılılıq dövrümün ən qaranlıq günlərində etdiyim səhvləri - siyasi məqsədlərlə məni və ailəmi açıq şəkildə alçaltmaq və biabır etmək üçün istifadə edilən səhvləri etiraf etdim və məsuliyyətimi öz üzərimə götürdüm", - deyə o qeyd edib. O bu əfvi özünə borc bilməyəcəyini və həyatını hələ də xəstə olan və əziyyət çəkən insanlara kömək etməyə həsr edəcəyini söyləyib.
Qeyd edək ki, Co Bayden dekabrın 2-də oğlunun əfv edilməsi haqqında fərman imzalayıb. Əvvəllər o, oğlunu həbsdən xilas etmək üçün səlahiyyətlərindən istifadə etməyəcəyini bildirmişdi. Baydenin oğlu qanunsuz silah saxlama və vergi ödəməmə işlərində təqsirləndirilirdi. Məhkəmələr dekabrın ortalarında hökm çıxarmalı idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 02 Dekabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















