Icma.az
close
up
RU
Baydenin qərarına görə Rusiya bu ölkələri vuracaqmı?

Baydenin qərarına görə Rusiya bu ölkələri vuracaqmı?

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Co Baydenin ATACMS raketləri ilə Rusiya ərazisinə zərbələr endirilməsinə icazə verməsi bir çox məqsədə hesablanıb. Bu raketlər 300 kilometr məsafəyə zərbə endirmək imkanına malikdir. Beləliklə, Rusiyanın Bryansk, Kursk, Lipetsk, Voronej, Rostov-Don və Anapa bölgələrində yerləşən təxminən 20 strateji obyekt, aerodrom, neft emalı zavodu və digər hədəflər təhlükə altına düşür. Eyni zamanda, Kurskda Şimali Koreyadan gətirilən silahlı qüvvələrə zərbələr endirmək də nəzərdə tutulur ki, bu da müharibənin gedişatını dəyişmək məqsədi daşıyır".

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri hərbi ekspert Elxan Şıxəliyev ABŞ Prezidenti Co Bayden administrasiyasının Rusiyanın dərinliklərinə raket zərbələri endirmək icazəsinin müharibənin gedişatına təsirlərini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, uzaqmənzilli raketlərdən istifadə edilməsi müharibənin uzanacağı ehtimalını doğurur:

“Bu qərar Ukraynanın maraqlarına uyğun olaraq verilib və müharibənin Ukraynanın istəmədiyi ssenari üzrə nəticələnməməsi üçün atılan addımlardan biridir. Belə bir addım Ukraynanın hərbi mövqelərini gücləndirə bilər. Qeyd edim ki, ATACMS raketlərini vaxtında aşkarlamaq və qarşısını almaq Rusiya üçün asan deyil”.

Ekspert qeyd edib ki, ABŞ-ın bu addımı bir sıra risklər yaradır:

“Rusiya daha əvvəl bəyan etmişdi ki, öz ərazisində NATO ölkələrinin istehsalı olan hər hansı taktiki ballistik raket aşkarlayacağı təqdirdə bunu NATO ilə birbaşa müharibə elanına bərabər hesab edəcək və müvafiq tədbirlər görəcək. Bu isə müharibə zonasının genişlənməsi ehtimalını artırır. Belə ki, Rusiya NATO-ya üzv ölkələrə - Baltikyanı dövlətlərə, Polşaya və ya ABŞ-ın bu ölkələrdəki aviabazalarına zərbələr endirə bilər. ABŞ-ın atdığı bu addım Rusiyanı danışıqlar masasında zəiflətmək məqsədi daşısa da, müharibənin eskalasiya riskini də doğurur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 19 Noyabr 2024 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri