Icma.az
close
up
RU
Baydenin səhhəti ilə bağlı qalmaqalın detallarını araşdıran müəllifdən şok açıqlamalar

Baydenin səhhəti ilə bağlı qalmaqalın detallarını araşdıran müəllifdən şok açıqlamalar

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerikalı jurnalist və "Əsli günah: Prezident Baydenin tənəzzülü" kitabının müəllifi Ceyk Tapper ABŞ-ın sabiq prezidenti Co Baydenin sağlamlığı ilə bağlı yaranan qalmaqalı "Uotergeyt qalmaqalı" ilə müqayisə edib.

Qaynarinfo-nun məlumatına görə, jurnalist bildirib ki, bu vəziyyət, çox güman "Uotergeyt qalmaqalı"ndan daha pisdir.

Tapper müsahibəsində deyib: "Ən azından Nikson içkili olmayanda əqli qabiliyyətləri yerində idi".

Onun sözlərinə görə, Baydenin vəziyyətində ölkə əslində onun özü tərəfindən deyil, bir neçə yaxın köməkçi, həyat yoldaşı Cil Bayden və oğlu Hunter Bayden tərəfindən idarə olunub.

Tapperin jurnalist Aleks Tompsonla birlikdə yazdığı "Əsli günah. Prezident Baydenin tənəzzülü" kitabında Ağ Evin Baydenin pisləşən sağlamlıq vəziyyətini sistemli şəkildə gizlətməsi barədə məlumatlar yer alıb.

Orada qeyd olunur ki, yıxılmalar, yaddaş pozuntuları, qeyri-sabit yerimə, dolaşıq nitq - bütün bunlar ictimaiyyətdən gizlədilib. Məsələn, 2022-ci ildə Bayden ictimai çıxış zamanı artıq vəfat etmiş konqresmen Ceki Valorskinin adını çəkərək onu axtardıqda, bu hadisə "qavrama xətası" kimi təqdim olunmuşdu.

Kitab müəllifləri 200-dən çox mənbə ilə söhbət etdiklərini və əslində Baydenin yerinə real idarəetməni administrasiya rəhbəri Ron Kleyn, strateq Mayk Donilon, daxili siyasət üzrə müşavir Bryus Rid və qanunverici orqanlarla əlaqə üzrə kurator Stiven Rikketti həyata keçirdiklərini qeyd edirlər.

Prezidentin həyat yoldaşı Cil Baydenin və oğlu Hunter Baydenin də prosesdə əhəmiyyətli rolu olduğu vurğulanır. Tapper Hunter Baydeni "hiyləgər" və "dəhşətli qərarlar qəbul etməyə meyilli" biri kimi xarakterizə edir.

Kitabda Bayden komandasının bir üzvü belə deyir: "Biz sadəcə istəyirdik ki, Co Bayden seçkidə qalib gəlsin, sonra isə onu dörd il ərzində gizlədək, ara-sıra isə yaşadığına dair əlamətlər göstərək".

Tapper hesab edir ki, bu strategiya təkcə seçkilərin dürüstlüyünü deyil, həm də ABŞ-ın bütün siyasi sisteminin sabitliyini təhlükə altına qoyub.

QEYD: 

Votergeyt qalmaqalı - ABŞ-da cərəyan edən və prezident Riçard Niksonun istefası ilə nəticələnmiş siyasi qalmaqaldır Votergeyt ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən otel və iş mərkəzinin adıdır. Qalmaqal hotelin daxilində baş verdiyinə görə elə "Votergeyt qalmaqalı" və ya qısa olaraq "Votergeyt" adlanıb.

17 iyun, 1972-ci ildə ABŞ Demokratar Partiyasının Vaşinqtondakı məşhur "Votergeyt" hotelində yerləşən qərargahında danışıqları dinləmək məqsədilə oraya dinləmə cihazları yerləşdirmək istəyən beş nəfər ələ keçirilib. Polislər onları ələ keçirəndə istintaq işləri başladılıb. Araşdırmalar zamanı hər beş şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu və bu məsələnin arxasında hakimiyyətdə olan Respublikaçılar Partiyasının dayandığı üzə çıxıb.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 May 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri