Icma.az
close
up
RU
Baydenin “sünnət olunmuş siyasəti” Bakıdan Trampa dəstək

Baydenin “sünnət olunmuş siyasəti” Bakıdan Trampa dəstək

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-la Azərbaycanın korlanan əlaqələrini Ağ Evin yeni rəhbərinin dövründə düzəltmək mümkün olacaqmı? - iki rəy

ABŞ Prezidenti Donald Tramp Konqresdə 100 dəqiqə sürən çıxışında Bayden administrasiyasını da sərt tənqid edib. “Yeni Müsavat” bildirir ki, Tramp çıxışında ölkə iqtisadiyyatına toxunaraq Bayden administrasiyası dövründə müşahidə olunan inflyasiyanın son 48 ilin ən “bərbad” inflyasiyası olduğunu bildirib. “Prezident olaraq, mən hər gün bu zərəri aradan qaldırmaq və Amerikada iqtisadi əlçatanlığı bərpa etmək üçün mübarizə aparacağam.

Co Bayden xüsusilə yumurtaların qiymətinin nəzarətdən çıxmasına yol verdi - və biz onu ucuzlaşdırmaq üçün əlimizdən gələni edirik”, - deyə Ağ Ev rəhbəri vurğulayıb. Onun zənnincə, keçmiş administrasiya büdcə vəsaitlərini boşuna xərcləyib. “Bayden administrasiyası transseksual siçanların yaradılması üçün 8 milyon dollar ayırıb. Mozambikdə könüllü tibbi kişi sünnəti üçün 10 milyon vəsait ayrılıb”, - deyə Tramp bildirib. Əvvəlki administrasiyanın xərcləri arasında Tramp 29 milyon dollara başa gələn “Banqladeşdə siyasi mənzərinin gücləndirilməsinə” də toxunub, “Heç kim siyasi mənzərə dedikdə nə demək istədiklərini bilmir. Bu nə deməkdir?” - Tramp bu xərclərə münasibət bildirib. Tramp Bayden administrasiyasının Əfqanıstandan ordunun çıxarılması qərarını da yada salıb, “ABŞ tarixində ən biabırçı epizod” adlandırıb.

Prezident Demokratlar Partiyasını ABŞ iqtisadiyyatının, sənayesinin inkişafına, yeni iş yerlərinin açılmasına kifayət qədər diqqət ayırmamaqda günahlandırıb. Əminliklə deyə bilərik ki, dörd il Ağ Evə sahiblik etmiş demokrat Co Bayden administrasiyası ABŞ-Azərbaycan münasibətlərinin korlanması üçün hər şey etdi. Bayden administrasiyası öz əməlləri ilə Azərbaycanın ABŞ-a olan inamını xeyli sarsıtdı. Demokratların hakimiyyətdə olduğu müddətdə Ağ Ev Bakı ilə əvvəlki normal münasibətlərin üstündən xətt çəkmək üçün mümkün olan bütün üsullardan istifadə etdi. Rəsmi Vaşinqton son dörd ildə demokratiya, insan haqlarının müdafiəsi pərdəsi altında Bakıya çeşidli siyasi təzyiq metodlarından istifadə etməyə çalışdı. Beləliklə, Bayden administrasiyasının günahı ucbatından Azərbaycanla normal münasibətlərin pozulması ilə müşayiət olunan 4 il yanvarda başa çatdı. Trampın ittihamları ilə Bakıda da razıdırlarmı? Bəs onun prezidentliyi dövründə korlanan bu münasibətləri düzəltmək mümkün olacaqmı?

Natiq Cəfərli

Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri Natiq Cəfərlinin “Yeni Müsavat”a sözlərinə görə, Tramp komandasının Cənubi Qafqazla bağlı hələ ki açıqlaması görünmür: "Yeganə Bayden iqtidarının gedərayaq Ermənistanla imzalanan xartiyasıdır ki, bəzi şərtlərinin yeni iqtidar dövründə icrası gözlənilirdi. Yəni amerikalı sərhədçilər gəlməliydi, bu da baş vermədi. Gördüyümüz odur ki, Tramp hakimiyyəti xərcləri azaltmaqla məşğuldur". Bununla belə, partiya sədrinin fikrincə, ABŞ dövlət katibi Mark Rubio ilə türkiyəli həmkarı Hakan Fidanın dəfələrlə danışıqlar aparması bəzi nəticələr çıxarmağa əsas verir: “Düşünürəm ki, ABŞ-ın Cənubi Qafqaza Türkiyə vasitəsilə təsiri daha uyğundur. Birləşmiş Ştatlar Türkiyənin, Ərdoğanın bölgədə liderliyini qəbul edir. Bu mənada, Bakı-Vaşinqton münasibətlərinin yaxşı olacağını proqnozlaşdırmaq mümkündür. Yəqin ki, ilk təmaslar zamanı əlaqələrin hansı istiqamətlər üzrə inkişaf edəcəyini müəyyənləşdirəcəklər. Hər bir halda, ABŞ-Azərbaycan əlaqələri Bayden dövründən yaxşı olacaq. Mən buna ümid edirəm və gözləntilərimiz də var”.

Züriyə Qarayeva

Siyasi ekspert Züriyə Qarayeva isə ABŞ-ın regiona vahid baxdığını düşünür: “Cənubi Qafqaz bütöv götürülür. Yəni üç ölkəyə ayrılıqda yanaşma olmur. Burada Ermənistan Bayden iqtidarı üçün müstəsna idi, artıq o da arxivə qovuşdu. Tramp hakimiyyətinin bölgəyə münasibəti hələ açıqlanmasa da, əvvəlki administrasiyadan fərqlənəcək. Bu fərq də müsbət mənada olacaq. Amma tələsməyə ehtiyac yoxdur. Trampı proqnozlaşdırmaq çətindir”. Ekspertin fikrincə, ABŞ-Azərbaycan əlaqələrinin inkişafı bütün hallarda qaçılmazdır: “Azərbaycan bölgədə mühüm tərəfdaşdır. Biz Amerika ilə hər zaman əməkdaşlığı inkişaf etdirməyə səy göstərmişik. İndiyə qədər beynəlxalq terrorizmlə mübarizədə dəstəyimizə, sülhməramlı qüvvələrimizin Əfqanıstan, İraq və Kosovoda iştirakına ABŞ yüksək qiymət verib. Təbii ki, enerji sektorunda əməkdaşlıq da xüsusi vurğulanmalıdır. Bu gün Tramp Avropanı da günahkar çıxarır. Eyni zamanda Azərbaycanın bu qitənin enerji təchizatında rolundan da məlumatsız deyil. Ona görə Tramp dövrü ABŞ-Azərbaycan münasibətlərində normallaşma mərhələsi olacaq. Çünki onun ilk prezidentliyi dönəmi də müsbət yadda qaldı. Bütün işləri korlayan və qərəzli mövqeyini dəyişməyən Bayden idi. Bu da təsadüfi deyil, "907-ci düzəliş"in həmmüəlliflərindən biridir. Ümumiyyətlə, Tramp Baydenin siyasətinə nifrət edir və bunu gizlətmir. O görür ki, onun addımları ilə ölkəsinin gəlirləri israf edilib, ölkələrlə əlaqələr dürüst qurulmayıb. O baxımdan, siyasi konfiqurasiyanı yenidən hazırlayır".

Yeri gəlmişkən, Rusiya Beynəlxalq Əlaqələr Şurasının proqram koordinatoru Milan Lazoviç deyib ki, siyasətdə oxşar yanaşmalar olduğu üçün Azərbaycan hakimiyyəti üçün Tramp administrasiyası ilə işləmək xeyli asandır: “Tramp konstruktivliyə və iqtisadi mənfəətə diqqət yetirir. Trampı ideoloji məsələlər maraqlandırmır. Eyni sözləri Azərbaycan Prezidenti İlham Əliyev haqqında da demək olar. Hər iki lider ilk növbədə öz ölkələrinin maraqlarını həyata keçirməyə yönəlmiş güclü dövlət xadimidir. Onlar öz xarici siyasətini buna əsasən qururlar. Buna görə də ortaq dil tapmaq onlar üçün çox asan olacaq. Üstəlik, Bayden dövründə Bakı ilə Vaşinqton arasında neqativlik ABŞ-ın Ermənistana fəal dəstəyi fonunda güclənib. Bu, təbii ki, Azərbaycanda diqqətdən kənarda qala bilməzdi. Tramp həmçinin Ermənistana aktiv "yardım" göstərən USAİD kimi ideoloji strukturu da ləğv etdi. Bu addım ABŞ-Azərbaycan münasibətlərində olan əlavə qıcıqlandırıcı amilləri aradan qaldırmağa kömək edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Mart 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri