Baydenlə bağlı QALMAQAL Əqli geriliyinin gizlədilməsi… KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
The Wall Street Journal nəşri ABŞ Prezidenti Co Baydenin psixi vəziyyətinin gizlədilməsini “müasir siyasətin ən böyük qalmaqallarından biri” adlandırıb.
KONKRET.az xəbər verir ki, məqalədə bildirilir ki, Demokratlar seçicilərin açıq şəkildə gördüyü bir reallığı qəbul etməkdən imtina etməklə partiyalarının ilkin seçkilərini faktiki olaraq ləğv ediblər. Bayden namizədlikdən çəkildikdən sonra isə Kamala Harrisi heç bir debat olmadan namizəd kimi irəli sürüblər.
Nəşr yazır ki, əgər Bayden postunu 2023-cü ildə tərk etsəydi, Respublikaçılar təkcə Trampa deyil, digər namizədlərə də daha ciddi yanaşa bilərdilər. Lakin bunun əvəzinə, Demokratlar Trampı seçkilərdən kənarlaşdırmaq üçün hüquqi yollara üz tutublar. Bu isə əksinə, Trampın Respublikaçılar içində nüfuzunu daha da artırıb.
WSJ qeyd edir ki, indi Demokratlar və media Trampın ikinci prezidentlik müddətinə şokla yanaşsalar da, əslində bu vəziyyətin yaranmasına öz rollarını dərk etməli və nəticələrindən dərs çıxarmalıdırlar.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 May 2025 06:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















