“Bayer” sabiq vingerini geri qaytardı
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransalı hücumçu Mussa Diabi yenidən “Bayer”in (Leverkuzen) uğurları üçün mübarizə aparacaq.
Futbolpress.az xəbər verir ki, 27 yaşlı vinger Bundesliqa təmsilçisi ilə rəsmi müqavilə imzalayaraq keçmiş klubuna qayıdıb. Hücumçu ilə 2031-ci ilin iyun ayına qədər nəzərdə tutulan uzunmüddətli sözləşmə bağlanıb. O, “qara-qırmızılar”ın heyətində 19 nömrəli forma ilə meydançaya çıxacaq.
Diabi 2019-2023-cü illərdə “Bayer”in şərəfini qoruduqdan sonra “Aston Villa”ya, daha sonra isə Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçmişdi. Ərəbistan təmsilçisinin heyətində 73 rəsmi matçda 11 qol vurub 33 məhsuldar ötürmə edən fransalı futbolçunun bu keçidindən “Əl-İttihad”ın 30 milyon avro qazandığı bildirilir.
Baxış sayı:64
Bu xəbər 01 Sentyabr 2026 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















