“Bayer”in sensasiyalı məğlubiyyətinə Xabi Alonsonun şərhi
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Bayer”in baş məşqçisi Xabi Alonso Almaniya kubokunun yarımfinalında sürpriz şəkildə “Arminiya”ya uduzaraq (1:2) mübarizəni dayandırmalarından danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis komandasının lazımi səviyyədə oyun göstərmədiyini bildirib:
"Hər kəs məyusluq yaşayır. "Arminiya"nı təbrik edirəm, onlar həqiqətən də öz çıxışları ilə finala layiq idilər. Biz isə məyusuq. Keçən mövsüm tez-tez qol şansı tapırdıq. Amma indi bu şansları qarşı tərəfdə gördük. Oyunumuz lazımi səviyyədə deyildi. Həm komanda şəklində, həm də fərdi baxımdan oyuna nəzarət edə bilmirdik. Bu gün bizim üçün heç nə yolunda getmədi. Yenə də əla fürsət idi”.
Xatırladaq ki, Almaniya kubokunun 2023/24 mövsümünün qalibi "Bayer" olub.
“Arminiya”nın cari mövsüm üçün finaldakı rəqibi isə bu gün müəyyənləşəcək. İkinci yarımfinal görüşündə "Ştutqart" "Leyptsiq"lə qarşılaşacaq.
Baxış sayı:88
Bu xəbər 02 Aprel 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















