“Bayern” Brunonun transferi üçün 70 milyon funt ödəməyə hazırdır
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Mançester Yunayted”in kapitanı Bruno Fernandeş yenidən klubdan ayrılmaq ehtimalı ilə gündəmə gəlib.
AZXEBER.COM xəbər verir ki, Portuqaliya millisinin yarımmüdafiəçisi "Bayern”in transfer hədəfinə çevrilib.
Məlumata görə, "qırmızı şeytanlar” 31 yaşlı futbolçunun qiymətini təxminən 70 milyon funt sterlinq olaraq müəyyənləşdiriblər. Klub münasib təklif gəldiyi təqdirdə, heyətdəki istənilən futbolçunun satılmasına açıqdır.
Fernandeşin "Yunayted”lə müqaviləsi 2027-ci ilin yayında başa çatır. O, ötən yay "Əl-Hilal” və "Əl-İttihad”dan gələn sərfəli təklifləri rədd edərək komandada qalmağı seçmişdi.
Qeyd edək ki, "Mançester Yunayted” gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Brunonun klubdan ayrılmaq ehtimalı xeyli artacaq.
Zəfər Hacılı


