Bayern in baş məşqçisi olmasaydım belə, bu oyunu stadiondan izləyərdim Vensan Kompani
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Klublararası dünya çempionatının 2-ci turunda C qrupunda "Boka Xuniors"la üz-üzə gələcək "Bayern Münhen"in baş məşqçisi Vensan Kompani iyunun 21-də baş tutacaq görüş ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Bayern & Germany" belə çatdırıb:
"Boka Xuniors"la matç qrup mərhələsinin əsas hadisəsi olacaq. Ənənəvi Avropa klubu ənənəvi Cənubi Amerika təmsilçisi ilə qarşılaşacaq. "Bayern"in baş məşqçisi olmasaydım belə, bu oyunu stadiondan izləyərdim. Onlarla görüş xüsusi matçdır".
Xatırladaq ki, "Bayern" 1-ci turda "Oklend Siti"ni 10:0 hesabı ilə yenib. "Boka Xuniors" isə ilk oyununu sabah "Benfika"ya qarşı keçirəcək.
Nihat

Keyn oynaya bilməyəcək Vensan Kompani
13 Dekabr 2024 14:13
Bu oyundan dərs çıxaracağıq Vensan Kompani
19 Fevral 2025 17:43
Mübarizəni dayandırdığımız üçün çox məyusuq Vensan Kompani
04 Dekabr 2024 15:58
Yekun hesab heç də həmişə ədalətli olmur Vensan Kompani
09 Aprel 2025 14:16
10 nəfərlə də ən azı uduzmamağa borcluyduq Vensan Kompani
09 Mart 2025 15:20

