Bayern Münhen Barselona nın ispaniyalı ulduzunu istəyir
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın “Bayern Münhen” klubu İspaniyanın “Barselona” komandasının futbolçusu Dani Olmonu transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.
Məlumata görə, Münhen təmsilçisi 28 yaşlı hücumameyilli yarımmüdafiəçini qış transfer pəncərəsində heyətinə qatmaq üçün mümkün addımı nəzərdən keçirir.
“Bayern”in bu qərarı Camal Musiala və Maykl Olise ilə bağlı digər klubların artan marağı fonunda verdiyi bildirilir. Almaniya çempionu hücum xəttində mümkün itkilərə qarşı alternativ plan hazırlayır.
Klub Dani Olmonu "Leyptsiq”də çıxış etdiyi dövrdən izləyir. İspaniyalı futbolçunun transfer qiymətinin təxminən 70 milyon avro olduğu qeyd olunur.
Olmo 2024-cü ildə “Leyptsiq”dən “Barselona”ya keçib. O, Almaniya klubunun heyətində keçirdiyi dörd il ərzində 29 qol vurub və 34 məhsuldar ötürmə edib. “Barselona”da isə indiyədək 20 dəfə fərqlənib və 20 asistə imza atıb.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 25 Sentyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















