Bayhan dinini dəyişib?
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayıb və haqqında yayılan iddiaları qəti şəkildə təkzib edib.
Bayhan Almaniyada uşaq evində qaldığını bildirib: “Hələ yetkinlik yaşına çatmadığım bir dövrdə ilk öyrəndiyim din xristianlıq, ilk tanıdığım peyğəmbər Həzrəti İsa olub. Həzrəti İsanı indi də çox sevirəm”.
Müğənni Almaniyadan Türkiyəyə qayıtdıqdan sonra Eskişehirdə yaşadığını və həmin vaxt təxminən 11-12 yaşlarında olduğunu da qeyd edib. Müsəlman olduğunu açıq şəkildə ifadə edən Bayhan “Mənim dinim İslamdır”, - deyib.
O, Türkiyəyə gəldiyi ilk illəri xatırlayaraq Eskişehirdə xalası ilə qaldığını və həmin dövrdə məscidə getdiyini söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 17 Oktyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















