Icma.az
close
up
RU
Bayılda avtovağzal inşa olunsun? AÇIQLAMA

Bayılda avtovağzal inşa olunsun? AÇIQLAMA

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin yerləşdiyi ərazi uzun illərdir cəmiyyətin müzakirə mərkəzindədir. Belə ki, paytaxtın əsas giriş-çıxış nöqtələrindən biri olan bu nəqliyyat qovşağının şəhərsalma baxımından əlverişli mövqedə yerləşmədiyi, ətraf ərazilərdə nəqliyyat sıxlığı yaratdığı və sərnişin rahatlığı baxımından müasir tələblərə tam cavab vermədiyi tez-tez vurğulanır. Bütün bu müzakirələr fonunda avtovağzalın yerinin dəyişdirilib-dəyişdirilməməsi məsələsi də gündəmə gəlir. Bir çoxlarının fikrincə, mövcud məkan optimal hesab edilə bilməz və alternativ ərazilərə köçürülməsi daha məqsədəuyğun ola bilər. Belə olan halda isə hansı istiqamətin daha uyğun olacağı sualı aktuallaşır. Bununla yanaşı, avtovağzalın memarlıq, eləcə də binanın estetik baxımdan şəhər mühitinə uyğunlaşmadığı, funksional planlaşdırma baxımından gözləntiləri doğrultmadığı da qeyd olunur.

Avtosfer.az xəbər verir ki, bu barədə "Modern.az"a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə məsələyə öz münasibətini bildirərək, avtovağzalın yerinin məkan baxımından dəyişdirilməsinin zəruri olduğunu düşünmədiyini qeyd edib. Onun sözlərinə görə, avtovağzal şəhərin şimal girişində yerləşir və “Avtovağzal” metro stansiyasına yaxındır. Bundan əlavə, yol infrastrukturu baxımından da Bakı ətraf dairəvi yoluna çıxışı mövcuddur.

“Lakin binanın özünün dizaynı və quruluşu ilə bağlı dəyişikliklərin nəzərdən keçirilməsi məqsədəuyğun olardı. Bu mövzuda fərqli mövqelər ola bilər, amma mənim fikrimcə, daha müasir dizaynlı və müasir tələblərə cavab verən bir avtovağzalın inşa edilməsi daha məqsədəuyğundur”.

Sədr müavini həmçinin vurğulayıb ki, bundan əlavə, şəhərin qərb istiqamətindən girişində də yeni bir avtovağzalın inşa edilməsi məsələsinə baxıla bilər:

“Bu mövzuda xüsusilə nəqliyyat sahəsi üzrə mütəxəssislərin mövqeyinin öyrənilməsi daha düzgün yanaşma olardı. Şəhərin bir tərəfdən şimal girişində, digər tərəfdən isə cənub-qərb istiqamətində - Bayıl ərazisi istiqamətində, əlavə avtovağzalların olması qərb, cənub və şimal rayonlarına hərəkətin daha səmərəli təşkili baxımından faydalı ola bilər”,- deyə o A.Əlizadə bildirib.

Tanınmış memar Cahid Həsənov isə qeyd edib ki, Bakı avtovağzalının yerinin dəyişdirilməsi məsələsi gündəmə gəlməsinin əsas səbəblərindən biri onun avtomobil magistral yolunun Sumqayıt-Bakı yolunun üzərində yerləşməsi və bunun yol sıxlığına, xüsusilə də 20 Yanvar istiqamətinə qədər uzanan tıxaclara səbəb olmasıdır. Onun fikrincə, bu məsələ əlaqədar qurumların apardığı rəsmi hesabatlara əsaslanmalıdır.

“Əgər doğrudan da mövcud yer problemlər yaradırsa, onun dəyişdirilməsinə ehtiyac var.  Amma əsas sual budur: yeri dəyişdirilən avtovağzal harada yerləşməlidir? Ola bilsin ki, bu obyekt 10-12 il əvvəl həmin ərazidə inşa olunub və müəyyən müddət keçdikdən sonra problem yaratmağa başlayıb. Bu isə onu göstərir ki, düzgün və uzunmüddətli hesabat aparılmayıb. Kim zəmanət verə bilər ki, avtovağzalın, məsələn, Lökbatan istiqamətinə köçürülməsi 10 il sonra yenidən sıxlıq və tıxac problemi yaratmayacaq?”

C.Həsənov əlavə edib ki, məhz bu səbəbdən planlama 30-50 illik perspektiv əsasında aparılmalıdır:

Beləliklə, avtovağzalın hər 10-15 ildən bir yerinin dəyişdirilməsi ilə problem həll olunmur. Dünyanın bir çox ölkələrində 50, 100, hətta 150-200 il yerini dəyişməyən strateji məkanlar var. Məhz bu baxımdan da hesablamalar düzgün və vaxtında aparılmalıdır”.

Müsahibimiz həmçinin bildirib ki, memarlıq baxımından da bu cür obyektlər şəhərin ümumi memarlıq ansamblına uyğun olmalıdır:

“Aeroportlar kimi strateji əhəmiyyət daşıyan, xaricdən və regionlardan insanların gəlib-getdiyi məkanların vizual görünüşü xüsusi diqqət tələb edir. Bəzən inzibati bina tikilir, amma zahiri görünüşü zavodu xatırladır. Halbuki hər sahənin özünə uyğun memarlıq dili olmalıdır. Avtovağzalın inşasında milli və klassik memarlıq elementləri müasir üslubla vəhdət təşkil etməlidir. Klassika ilə modernin düzgün sintezi uzun illər аktuallığını qoruyan və zamanla tarixi memarlıq nümunəsinə çevrilən layihələr yaradır. Bu, çox vacib məsələdir”.

Həmsöhbətimizin sözlərinə görə, belə mühüm layihələrdə açıq müzakirə mühiti yaradılmalı, özəl memarlar və dizaynerlər cəlb olunmalıdır:

“İşçi qrupları yaradılmalı, layihələrin hazırlanması, təsdiqi və icrasında geniş iştirak təmin edilməlidir. Bu, təkcə bir qurumun və ya qanunun çərçivəsi ilə məhdudlaşmamalıdır. Açıq qapı günləri təşkil olunmalı, bu sahədə təcrübəsi və ideyası olan hər kəs layihə təqdim etmək və ictimai əsaslarla komissiyada iştirak etmək imkanı qazanmalıdır. Bizim memarlarımız buna hazırdır. Çox dəyərli, fərqli və yaradıcı ideyalar ortaya çıxa bilər. Hər bir yeni layihə Azərbaycan memarlığına yenilik gətirir. Fərqli baxışlar, yanaşmalar və düşüncələr rəqabət mühitində daha güclü və keyfiyyətli nəticələr doğurur. İnternetdən götürülmüş, standart layihələrin üzərində cüzi dəyişikliklər edib bu cür strateji obyektlərə təsdiq vermək düzgün yanaşma deyil”, - deyə C.Həsənov fikrini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Dekabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see344

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see231

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see221

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see217

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see215

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see213

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see203

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see202

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see202

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see201

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see199

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see180

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see177

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see176

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see173

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see171

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see170

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see170

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see169

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri