Bayılda yol aylardır niyə bağlıdır? VİDEO
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Bakıda yolun aylardır nəqliyyatın hərəkəti üçün bağlı qalması sakinlərin narazılığına səbəb olur.
"Cebheinfo.az" "Xəzər" TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Cavidan İbrahimli küçəsindən gedir.
Ərazi beton plitələrlə bağlanıb. Sakinlərin sözlərinə görə, gündəlik gediş-gəliş üçün istifadə etdikləri bu ərazidə hələ də heç bir təmir işinə başlanılmayıb. Küçənin aşağı hissəsindən keçən yollarda tıxac yaranır, yuxarı hissədəki alternativ yol isə aylardır bağlıdır.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Hazırda araşdırma və layihələndirməyə hazırlıq işləri aparılır.
Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və Yaponiya şirkətinin mütəxəssisləri ərazidə geoloji tədqiqatlar aparırlar.
Tədqiqatlar başa çatdıqdan sonra müvafiq tədbirlərin görülməsinə başlanılacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:104
Bu xəbər 18 Oktyabr 2026 01:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















