Icma.az
close
up
RU
Bayıldakı doğum evinin əvəzinə göydələn tikilri? TƏBİBDƏN REAKSİYA YOXDUR FOTO

Bayıldakı doğum evinin əvəzinə göydələn tikilri? TƏBİBDƏN REAKSİYA YOXDUR FOTO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən 5 nömrəli Kliniki Doğum Evi 2023-cü ilin dekabr ayında əsaslı təmir səbəbindən fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Lakin müvəqqəti təmir artıq 1 ildən çoxdur davam edir.

Avtosfer.az xəbər verir ki, təmir işləri davam etdiyi müddətdə tibb müəssisəsinin kollektivi və xidmətləri Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir. Lakin  Bayıl qəsəbəsində yerləşən Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi son illərdə həm əsaslı təmir, həm yanğın hadisəsi, həm də qanunsuz tikinti iddiaları ilə gündəmi saxlamaqdadır.

İlk olaraq təmir işləri fonunda doğum evinin binasında qanunsuz tikinti aparıldığı iddiası ilə gündəmə gəldi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir müddət əvvəl binada icazəsiz əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını aşkarlayaraq bu işləri dayandırıb. 24 yanvar 2024-cü il tarixində isə həmin ünvanda yenidən qanunsuz tikinti işlərinin aparılması ilə bağlı müraciət daxil olub və müvafiq xəbərdarlıq edilərək işlər yenidən dayandırılıb.

Bu hadisə ilk dəfə deyil ki, baş verir. Ötən ilin oktyabr ayında da binanın dam örtüyü və döşəmələrinin yenidən qurulması işləri qanunsuz hesab edilərək dayandırılmışdı.

2024-cü ilin iyun ayında doğum evinin ərazisində məişət və taxta tullantılarının alışması nəticəsində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın qısa müddətdə söndürülüb və hadisə nəticəsində heç bir xəsarət alma faktı qeydə alınmayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun 2024-cü ilin iyun ayında verdiyi məlumata görə, təmir işlərinin ilin sonuna qədər tamamlanması və doğum evinin yenidən istifadəyə verilməsi planlaşdırılır.

Hazırda doğum evində qeydiyyatda olan xəstələr və tibb heyəti Kliniki Tibbi Mərkəzin binasında fəaliyyətlərini davam etdirirlər. Təmir işləri başa çatdıqdan sonra doğum evinin əvvəlki yerində fəaliyyətini bərpa edəcəyi gözlənilir.

Lakin hələ də nə təmir işləri başa çatıb, nə də doğum evi ilə bağlı yeniliklər edilib. Doğum evinin ərazisində yeni göydələnin tikiləcəyi və binanın yalnız 1-2 mərtəbəsinin doğum evi kimi fəaliyyət göstərəcəyi barədə məlumatlar da yayılmaqdadır.

Avtosfer.az olaraq məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərsək də sorğumuz cavabsız qaldı.

Qeyd etmək istəyirik ki, 5 nömrəli Kliniki Doğum Evinin yerləşdiyi bina yerli əhəmiyyətli memarlıq abidəsi hesab olunur və 3311 inventar nömrəsi ilə qeydiyyata alınıb. Bu bina 1930-cu ildə inşa edilib və əvvəlcə şəhər mətbəxi kimi fəaliyyət göstərib. İkinci Dünya müharibəsi illərində evakuasiya xəstəxanası kimi istifadə olunub. 1946-cı ildən etibarən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeliyinə verilib və Nadejda Krupskaya adına 5 nömrəli Doğum Evi adlandırılıb. Azərbaycanın müstəqillik illərində isə doğum evi Şamama Ələsgərovanın adı ilə adlandırılıb.

Fidan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Yanvar 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see198

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see143

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see142

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri