Icma.az
close
up
RU
Bayquşlar ilk qaranquş rolunda Sele ni yaxından tanıyaq

Bayquşlar ilk qaranquş rolunda Sele ni yaxından tanıyaq

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

2025/2026 avrokubok mövsümündə "ilk qaranquş" "Sabah" olacaq. UEFA Avropa Liqasında Azərbaycanı təmsil edəcək Bakı komandası bir həftə sonra ilk sınağına çıxacaq. Əslində, hələ püşkatmadan sonra "bayquşlar"ın rəqibini müəyyən qədər tanıtmışdıq. Ancaq zaman keçdikcə Sloveniya təmsilçisi "Sele"də də dəyişikliklər baş verir.

Fanat.Az rəqib komanda barədə vacib məlumatları təqdim edir:

Klubun yaranma tarixi və nailiyyətləri

1919-cu ildə indiki adı ilə yaradılan "Sele" zəngin tarixə və böyük ambisiyaya malik klubdur. Regional yarışlardan Sloveniya çempionu adına qədər uzun bir yol qət edib. 1946‑cı ildə "NK Kladivar" adını alıb. 1992‑ci ildə "Publikum" adlandırılıb, 2007‑ci ildə isə orijinal "NK Sele" adına qayıdıb.
Bir əsrdən çox yaşı olan "Sele" Sloveniya futbolunun elitasında dərhal uğur qazanmasa da, zaman keçdikcə klub daha da populyarlıq qazanıb. 2002/2003 mövsümündə ilk dəfə titul uğrunda ciddi mübarizə aparıblar və çempionatda ikinci yeri tutublar ki, bu da klub üçün sıçrayış olub.
Əsl uğuru 2019/2020 mövsümünə - tarixində ilk dəfə Sloveniya çempionu olduğu zamana təsadüf edib. Beləliklə, çempionatdakı qələbə "Sele"yə UEFA Çempionlar Liqasının seçmə mərhələsində iştirak etməyə imkan verib. Komanda 2023/2024 mövsümündə uğurunu təkrarlayaraq yenidən çempionatın qalibi olub. "Sabah"ın rəqibi liqadakı uğurlarından əlavə, Sloveniya kubokunda da diqqətçəkən nəticə əldə edib. Ölkənin müstəqillik qazandıqdan sonrakı dönəmində dəfələrlə finallarda uduzan "Sele" 2004/2005 mövsümündə ilk böyük qənimətini - Sloveniya Kubokunu qazanaraq reputasiyasını möhkəmləndirib. 20 il sonra komanda son mövsümdə yenidən "ikinci cəbhə"nin qalibi olub.


Avrokuboklarda nəticələri

"Sele"dən ehtiyatlanmağa əsas verən amillərdən biri onun avrokubok təcrübəsinin çox olmasıdır. Sloveniya 1-ci Liqasında müntəzəm - 34 ildir fasiləsiz çıxış edən komanda qitə turnirlərində 13-cü dəfə iştirak edəcək. Çempionlar Liqası, UEFA kuboku, UEFA İntertoto kuboku, UEFA Avropa Liqası, UEFA Konfrans Liqası - Sloveniya təmsilçisi bu turnirlərin hamısında iştirak edib. Klub 2024/2025 mövsümündə ilk dəfə UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb və tarixində ilk dəfə 1/4 finala qədər yüksəlib – bu, həmçinin Sloveniya klub futbolu üçün rekorddur. Ötən tsikldə komanda 1/4 finalda iki oyunun nəticəsinə görə "Fiorentina" səddində ilişib (1:2, 2:2). 
"Sele" avrokuboklarda ümumilikdə 55 oyun keçirib. Bunlardan 20-də qələbə qazanıb, 12-də heç-heçə edib, 23 görüşdə məğlub olub.

Baş məşqçisi

"Sele"ni ispaniyalı Albert Riera çalışdırır. Onun kim olduğunu yəqin ki, hamı xatırlayır – “Liverpul”un və “Mançester Siti”nin keçmiş yarımmüdafiəçisinin geniş təqdimata ehtiyacı yoxdur. 


Bəribaşdan qeyd edək ki, o, heç vaxt Rusiyada oynamasa da, bu ölkəyə vurğundur. Bu da təsadüfi deyil. Riera 2009-cu ildə Omskdan olan Yuliya Korolyova ilə ailə həyatı qurub. Hətta Pepe Reyna və Fernando Torres Sibirdə keçirilən toyda olub. O, rus dilini yaxşı bilir, saunanı və balıq tutmağı sevir, Omskda uşaq futbol akademiyası açıb. Bəlkə də bu amil onun Sloveniyada özünü rahat hiss etməsinə imkan verir. 
Bu, artıq Rieranın kluba ikinci təyinatıdır. O, 2023-cü ildən sonra bir müddət "Bordo"da çalışıb. Hansı ki, mövsümün sonunda həmin komanda dördüncü diviziona düşüb. Amma bu, məşqçinin günahı deyildi - klub müflisləşdiyinə görə peşəkar statusunu itirdi.. 


Riera indiyədək Sloveniyada yaxşı nəticələrlə diqqət çəkir. o, burada "Olimpiya" ilə qızıl dubl edib, son mövsümdə isə "Sele"yə ölkə kubokunu qazandırıb. Açıq mənbələrdən və futbolçuların müsahibələrindən belə aydın olur ki, Riera komandada mükəmməllik axtaran, fərqli yanaşmaya sahib bir məşqçidir. O, hər şeyi, hətta ağır məşqləri belə top ətrafında qurub – və bu da oyunçuların istədiyi şeydir. Bununla belə, ispan məşqçi hətta qapıçı vuruşları, aut atışlarına belə müdaxilə etməsi ilə diqqət çəkir. O, rəqibə uyğun taktika quraraq oynayır; bu, hər komandaya görə dəyişir. Komandanın çoxlu taktiki variantları var və bu, rəqibi tez-tez təəccübləndirir. Elə oyunçular var ki, üç-dörd mövqedə oynaya bilirlər.

Açar oyunçusu

"Sabah"ın rəqibində bir neçə futbolçunu fərqləndirmək olar. Bu mənada sloveniyalı yarımmüdafiəçi Svit Seslar və litvalı hücumçu Armandas Kuçısı qeyd etmək lazım gəlir. Xüsusilə "Eyupspor"dan icarəyə götürülən Seslar təhlükəli sayılır. O, ötən mövsüm çempionatda keçirdiyi 26 oyunda 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Kuçıs isə 18 oyunda rəqib qapıçıları 10 dəfə məyus edobsə, cəmi 1 asistlə yadda qalıb. 
İşin "Sabah" üçün müsbət tərəfi odur ki, hər iki futbolçunun "bayquşlar"a qarşı oynaması böyük sual altındadır. Məsələ burasındadır ki, Sesların icarəsinin müddəti başa çatıb və o, Türkiyə klubuna dönüb. Armandas isə mart ayından bu yana topa toxuna bilməyib. O, Litva yığmasının heyətində zədələnib və mövsümün sonluğunu boşa verib.


"Sele" yay transfer pəncərəsi dövründə fəallığı ilə diqqət çəkir. Doğrudur, Seslardan başqa, daha 3 futbolçu komandadan ayrılıb. Neyts Ayxmayer "Mura"ya, Tamar Svetlin "Kielsa"ya keçib, Alyoşa Matko Macarıstanın “Uypeşt” klubuna satılıb, Edmilson Filyo Qazaxıstan "Kayrat"ına transfer olunub. 
Əvəzində heyətə Darko Hrka cəlb olunub, Andrey Kotniklə 1 illik müqavilə imzalanıb, yerli qapıçı Jan-Lyuk Leban və Simon Sluqa ilə anlaşılıb, Zaqreb "Dinamo"sunun 23 yaşlı futbolçusu İvitsa Vidoviç və hücumçu Daniel Şturm alınıb. 
Bundan başqa, müdafiəçi Samo Matyajla yarımmüdafiəçi Alyaj Krefl icarədən dönbüblər. 


"Sele"nin keçirdiyi son 4 oyun:

"Çukariçki" (Serbiya) - "Sele" 2:1 (2 iyul - Yoxlama oyunu) 
"Sele" - "Domjale" 1:1 (25 may - Birinci Liqa)
"Nafta" - "Sele" 1:6 (18 may - Birinci Liqa)
"Koper" - "Sele" 0:4 (14 may - Sloveniya Kuboku)

İyulun 10-da Bakı vaxtı ilə saat 20:00-da "Sabah" "Bank Respublika Arena"da  "Sele"ni qəbul edəcək. Cavab oyunu isə ayın 17-də Sloveniyada baş tutacaq.

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://fanat.az
archiveBu xəbər 04 İyul 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri