Bayrağımızla bağlı görüntü erməniləri dəli etdi, Araik qəzəbləndi VİDEO
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən gün İrəvandakı məşhur teleqüllənin Azərbaycan bayrağının rənglərinə boyandığına dair yayılan məlumatlar Ermənistanda sensasiya doğurub.
Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrdə və Ermənistan KİV-də yayımlanan videoda teleqüllənin sıra ilə qırmızı, yaşıl və mavi rənglərdə işıqlandırıldığı görülür.
Sarı və narıncı rənglərdə də işıqlanmanın olmasına baxmayaraq, bu məsələ ölkədə “Azərbaycan bayrağı əks etdirilir” düşüncəsinin yaranmasına və narazılığa səbəb olub.
Ermənistanın baş nazir aparatının rəhbəri Araik Arutyunyan isə görüntüləri şərh edərək bu söhbətlərin əsassız olduğunu bildirib. O, teleqüllənin Azərbaycan bayrağının rənglərinə boyanmadığını, bunun sadə işıqlandırma olduğunu söyləyib. Arutyunyan iddiaları “hibrid axmaqlıq” adlandırıb və KİV-i dezinformasiya yaymaqda günahlandırıb.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 14 Noyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















