Bayraktar “AKINCI TEBER 83” silah sistemi ilə sınaqdan uğurla keçdi VİDEO KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Türkiyə müdafiə sənayesinin istehsalı olan Bayraktar AKINCI zərbə pilotsuz uçuş aparatı TEBER-83 idarəolunan bomba sistemi ilə həyata keçirilən atış sınaqlarını uğurla tamamlayıb. Bu barədə istehsalçı şirkət Baykar məlumat yayıb.
KONKRET.az xəbər verir ki, TEBER-83 sistemi Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanıb və 454 kq-lıq Mk-83 bombası üzərində qurulub. Təxminən 3 metr uzunluğa və 36 sm diametrə malik olan bu sursat 202 kq Tritonal partlayıcı maddə daşıyır və möhkəmləndirilmiş obyektlərin, anbarların, körpülərin və digər kritik infrastrukturun məhv edilməsi üçün nəzərdə tutulub. Bombanın uçuş məsafəsi daşıyıcı aparatın sürəti və hündürlüyündən asılı olaraq dəyişir.
Yeni sınaq Bayraktar AKINCI-nın yüksək dəqiqlikli və ağır yüklü zərbə qabiliyyətlərini bir daha təsdiqləyib.
Natiq Səlim,
ONKRET.az


