Icma.az
close
up
RU
“Bayraktar Azərbaycan” şirkəti ilə BMU memorandum imzaladı FOTO

“Bayraktar Azərbaycan” şirkəti ilə BMU memorandum imzaladı FOTO

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universiteti (BMU) ilə “Bayraktar Teknoloji Azərbaycan” şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. 

"Unikal" xəbər verir ki, memorandumu BMU-nun rektoru Yaqub Piriyev və “Bayraktar Teknoloji Azərbaycan”ın direktoru Hüseyn Topuz imzalayıblar. 

Sənəd elm, təhsil sahələrində birgə layihələrin təşkili, elmi tədqiqat layihələrində əməkdaşlıq, həmçinin tələbə təcrübə proqramlarının həyata keçirilməsini nəzərdə tutur. Bundan başqa, tərəflər tədris və təlim prosesinin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirəcəklər. 

İmzalanma mərasimində çıxış edən rektor Yaqub Piriyev iki tərəf arasında ötən ilin sonunda aparılan müzakirələrin konkret nəticələr verməsi, eləcə də şirkətin əməkdaşlıq memorandumunu ilk olaraq BMU ilə imzalamasından məmnunluğunu dilə gətirib. Rektor bu gün dünyanın hər yerində universitet-sənaye əməkdaşlığının kadr hazırlığının vacib istiqamətinə çevrildiyini vurğulayaraq, nəzəri biliklərin praktikada möhkəmlənməsi üçün nüfuzlu müəssisələr ilə əlaqələrin inkişaf etdirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Türkiyənin müdafiə sənayesinin nailiyyətlərinə toxunan Yaqub Piriyev BMU ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında əməkdaşlığın müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib.  

“Bayraktar Teknoloji Azərbaycan”ın direktoru Hüseyn Topuz öz növbəsində universitetlə müəssisə arasında formalaşan əməkdaşlığı müasir tələblərə uyğun kadrların hazırlanması istiqamətində uğurlu addım kimi səciyyələndirib. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərliyi ilə həyata keçirilən layihələr və qarşıdakı hədəflər barədə də məlumat verən Hüseyn Topuz BMU-nun müasir mühəndislik sahələrində tədris, tədqiqat potensialına diqqət çəkib, habelə əməkdaşlığın uğurlu nəticələr verəcəyinə inandığını deyib.

Əməkdaşlığın inkişafına dair müzakirələr zamanı bu il BMU tələbələrindən bir qrupunun “Bayraktar Teknoloji Azərbaycan” da təcrübəyə cəlb olunması, universitet Texnoparkındakı strartap layihələri və digər məsələlər nəzərdən keçirilib.  


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Aprel 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see240

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see229

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see136

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see127

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see126

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see125

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see123

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see122

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see121

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri