Icma.az
close
up
RU
“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMUda FOTOLAR

“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMUda FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

“Bayraktar Teknoloji Azərbaycan” MMC-nin direktoru Hüseyn Topuzun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub. 

"Unikal" xəbər verir ki, görüşdə rektor Yaqub Piriyev qonaqları BMU-da görməkdən məmnun olduğunu bildirib, “Bayraktar Teknoloji Azərbaycan” ilə ali məktəb arasında təməli qoyulan əməkdaşlığın müsbət nəticələrinə inamını ifadə edib. 

Sonra rəhbəri olduğu qurumun fəaliyyətinə dair təqdimatla çıxış  edən Hüseyn Topuz “Bayraktar Teknoloji Azərbaycan”ın həyata keçirdiyi layihələri və qarşıdakı hədəfləri barədə geniş məlumat verib. Bildirib ki, şirkətin fəaliyyətinin əsas prioriteti ən qabaqcıl texnoloji sistemlərin inkişaf etdirilməsidir. O, universitet tələbələrinin şirkətdə geniş təcrübə imkanlarına toxunub, habelə BMU-nun elektrik və elektronika,  mexanika, kompüter mühəndisliyi, o cümlədən informasiya texnologiyaları sahələrində tədris, tədqiqat potensialını yüksək qiymətləndirərək, ali məktəbin tələbələrinin MMC-də təcrübə proqramlarında iştirakına maraqlı olduqlarını deyib. 

Görüş zamanı rektor Yaqub Piriyev nəzəri biliklərin hər zaman bütün sahələrdə təcrübə ilə möhkəmlənməsinin əhəmiyyətli olduğunu qeyd edib və bunun üçün universitetdə yaradılan Texnoparkın fəaliyyətini, burada tələbələr tərəfindən maraqlı startap layihələrinin hazırlandığını diqqətə çatdırıb. BMU tələbələrinə nüfuzlu bir şirkətdə təcrübə üçün yaradılacaq şəraitə görə Hüseyn Topuza minnətdarlığını bildirən Yaqub Piriyev müəssisələrdə başlayan təcrübənin sonradan iş imkanına qapı açdığını deyərək, bu mənada təcrübə təklifini müsbət qiymətləndirib. 
Görüşdə gələcək əməkdaşlıq istiqamətində geniş fikir mübadiləsi aparılıb, bir sıra məsələlərlə bağlı razılıq əldə olunub.

Görüşün ardınca nümayəndə heyəti universitetin Kibertəhlükəsizlik və digər laboratoriyaları ilə tanış olub, həmçinin Texnoparka baş çəkib. Burada qonaqlar BMU tələbələrinin layihələri, hazırladıqları Pilotsuz Uçuş Aparatları və onların gələcək planları ilə yaxından maraqlanıblar.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Dekabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2012

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see194

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see142

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see137

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see135

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see130

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see126

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see125

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see123

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see122

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see121

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see119

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri