Icma.az
close
up
RU
Bayram bitdi, bazarda bu məhsulların qiymətləri kəskin düşdü FOTOLAR

Bayram bitdi, bazarda bu məhsulların qiymətləri kəskin düşdü FOTOLAR

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bayram günləri artıq geridə qalıb. Bayram ərəfəsində bazarlarda müşahidə olunan canlanma və qiymət artımı isə öz yerini nisbətən sakitliyə və müəyyən məhsullar üzrə ucuzlaşmaya verib. Bəs hazırda paytaxt bazarlarında vəziyyət necədir? Qiymətlər əvvəlki səviyyədə qalıb, yoxsa eniş var?

Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki,  bayram öncəsi bahalaşan bir sıra məhsulların qiymətində enmə qeydə alınıb. Xüsusilə çərəzlər və bəzi meyvələr üzrə ucuzlaşma daha aydın hiss olunur.

Belə ki, bayram ərəfəsində kilosu 10 manata qədər yüksələn qoz hazırda 6–7 manat aralığında təklif olunur. Fındıq 7–8 manata satılır. Əvvəllər 10–12 manata alıcılara təqdim olunan şabalıdın qiyməti isə indi 8–10 manata düşüb. Qoz ləpəsinin qiyməti 16 manatdan 13 manata enib, fındıq ləpəsi isə 22 manatdan 20 manata qədər ucuzlaşıb. Həmçinin bayram zamanı 10 manata satılan iydə hazırda 8–9 manat civarında təklif edilir.

Meyvə bazarında da oxşar tendensiya müşahidə olunur. Bayramdan əvvəl 1 kiloqramı 3,40 manata satılan banan indi 2,50 manata qədər enib. Əvvəllər 2 manata təklif olunan alma hazırda 1,30–1,50 manat arasında dəyişir. Armudun qiyməti də 3,5 manatdan 2,5 manata düşüb. Apelsin və mandarinin qiyməti 3 manatdan 2 manata düşüb.

Qiymətində ən ciddi eniş qeydə alınan məhsullardan biri isə xiyardır. Bayram ərəfəsində 4 manata satılan xiyar indi 2 manata təklif olunur. Hətta bəzi satış nöqtələrində bu məhsulu 1,50–1,80 manata da tapmaq mümkündür.

Ət məhsullarına gəldikdə isə burada vəziyyət sabit olaraq qalır. Hazırda 1 kiloqram dana əti 17 manatdan, quzu əti isə 21 manatdan satılır. Eyni sabitlik kartof və soğan bazarında da müşahidə edilir. Kartofun kilosu 1 manatdan, Gədəbəy kartofu 1,20 manatdan başlayan qiymətlərlə təklif olunur. Soğanın qiyməti isə təxminən 50 qəpik civarında qalır.

Bununla belə, qiyməti hələ də yüksək olaraq qalan məhsullar da var. Məsələn, pomidorun qiyməti 3,50 - 4 manat səviyyəsində qalmaqda davam edir. Göyərti dəstələri isə 25–30 qəpikdən satılır.

Satıcıların sözlərinə görə, qiymətlərdə müəyyən ucuzlaşma müşahidə edilsə də, bazarda ümumi durğunluq hökm sürür.

Alıcılıq qabiliyyəti əvvəlki dövrlərlə müqayisədə xeyli aşağı düşüb:

“Adətən hər il bayramdan sonra bazarda belə bir sakitlik yaranır. Bu, artıq ənənə halını alıb. Amma bu il durğunluq daha çox hiss olunur. Hətta bəzi satıcılar bayramdan sonra ümumiyyətlə bazara çıxmır, çünki satış zəifdir və xərcləri qarşılamaq çətinləşir”, – deyə satıcılar bildirirlər.

Alıcılar isə xüsusilə pomidorun qiymətindən narazıdırlar. Onların sözlərinə görə, bu məhsul hələ də əlçatmaz olaraq qalır:

“Pomidorun qiyməti həqiqətən çox bahadır. Yaxşı keyfiyyətli pomidorun kilosu 4 manatdan başlayır. Bu qiymətə almaq sərf etmir. Digər məhsulların qiymətini isə normal hesab etmək olar, amma pomidor hələ də "əl yandırır’”, – deyə alıcılardan biri qeyd etdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Mart 2026 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri