Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bayram ərəfəsi qızıl qiymətləri növbəti il üçün nə proqnozlaşdırılır?

Bayram ərəfəsi qızıl qiymətləri növbəti il üçün nə proqnozlaşdırılır?

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu il dünya zərgərlik məmulatları bazarında mühim dəyişikliklərlə yadda qaldı. Müşahidə olunan dəyişikliklər bir sıra mühim iqtisadi, geosiyasi və bazar faktorları ilə izah oluna bilər. Sözsüz ki, dünya bazarındakı zərgərlik məmulatları qiymətində dəyişiklik Azərbaycana da təsirsiz ötüşmədi.

Hazırda dünya bazarlarında, eləcə də, Azərbaycanda qızıl və gümüş istehsalı və qiymətləri hansı səviyyədədir? Yeni İl öncəsi qiymətlər necə dəyişir və növbəti il üçün nə proqnozlaşdırılır?

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov fikirlərini bölüşüb.

O deyib ki, bu il qızılın qiymətində müşahidə olunan dəyişikliklər bir sıra mühim iqtisadi, geosiyasi və bazar faktorları ilə izah olunur.

Mütəxəssisin sözlərinə görə, cari il ərzində baş verən hadisələrə nəzər saldıqda, ABŞ-də faiz dərəcələrinin azaldılması ilə bağlı gözləntilər qızılın qiymətində artıma səbəb olub:

"ABŞ Federal Ehtiyat Sistemi (FES) faiz dərəcələrini dəyişməklə qiymətlərin müvəqqəti enişinə səbəb olsa da, inflyasiyanın azalması və gələcəkdə faizlərin azaldılacağına dair açıqlamaları qızıl bazarına müsbət təsir edib. Bununla yanaşı, Yaxın Şərqdəki geosiyasi gərginliklər və Rusiya-Ukrayna münaqişəsi kimi hadisələr qızılın qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.

Həmçinin, ABŞ-də keçirilən prezident seçkiləri fonunda yaranmış qeyri-müəyyənliklər qiymət dəyişikliklərinə əlavə təsir göstərib. Seçki nəticələri və dolların möhkəmlənməsi qızılın qiymətlərində müvəqqəti azalmaya səbəb olub, lakin bazar sonradan yenidən sabitləşib.

Dünya iqtisadiyyatında baş verən digər proseslər, xüsusən də Çin və Avropadakı iqtisadi yavaşlama qlobal bazarlara, o cümlədən, qiymətli metallar bazarına təsir edən əsas amillərdən olub".

R.Əmircanov bildirib ki, hazırda London Əmtəə Birjasında qızılın bir unsiyası 2 620 - 2 630 ABŞ dolları diapazonunda ticarət olunur, gümüş isə bir unsiya üçün 30 ABŞ dolları səviyyəsində qiymətləndirilir: "Eyni zamanda, platin 930-950 ABŞ dolları, palladium isə 920-980 ABŞ dolları arasında dəyişir.

Mövcud iqtisadi və geosiyasi proseslər qiymətli metalların, xüsusilə qızılın uzunmüddətli perspektivdə qiymətinin artacağını proqnozlaşdırmağa əsas verir.

Qızılın bir unsiya üçün 3 000 ABŞ dolları həddini keçməsi ilə bağlı psixoloji gözləntilər isə investorların diqqət mərkəzində qalmaqdadır.

Azərbaycanda yerli bazarda da qızıl və gümüşün qiymətləri qlobal bazarlardakı dəyişiklikləri əks etdirir. Yerli bazarda qızılın dəyəri beynəlxalq birjalara uyğun olaraq davamlı şəkildə artır".

Mütəxəssis vurğulayıb ki, dünya bazarlarında qızılın bahalaşması Azərbaycanın qızıl sektoruna birbaşa təsir edir: "Qlobal qiymət artımları ölkəmizdə həm tələbatı artırır, həm də idxal edilən qızıl məhsullarının qiymətini yüksəldir.

Bu proses qızılın strateji əhəmiyyətini gücləndirərək, həm istehlakçıların, həm də investorların diqqətini artırır. Dünya qiymətlərinin rekord səviyyələrə çatdığı bir vaxtda, Azərbaycanın qızıl bazarı bu dəyişikliklərə uyğunlaşmağa davam edir".

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda qızıl və gümüş istehsalında fərqli dinamika müşahidə olunub. Belə ki, sözügedən dövr ərzində Azərbaycanda 2 567,2 kq qızıl istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,3 kq və ya 2,4% çoxdur.

Eyni zamanda cari ilin ilk 11 ayında ölkədə 3 064,2 kq gümüş istehsal edilib ki, bu da bir il əvvələ nisbətən 698 kq və ya 18,5% azdır.

R. Əmircanov ölkədə gümüş istehsalının azalmasına da aydınlıq gətirib.

Onun sözlərinə görə, Azərbaycanda qızıl və gümüş hasilatındakı fərqli dinamika təbii ehtiyatların mövcudluğu və onların işlənməsi ilə birbaşa bağlıdır: "Qızıl yataqlarında ehtiyatların daha məhsuldar olduğu və bu yataqların səmərəli şəkildə işlənməsi istehsalın artmasına səbəb olur. Qızılın hasilatı üçün əlverişli geoloji və texniki şərtlərdən faydalanılması bu tendensiyanı dəstəkləyir.

Gümüş hasilatında ehtiyatların azalması və ya yataqların istismarında yaranan çətinliklər həm texniki, həm də iqtisadi amillərlə bağlı ola bilər. Bu çətinliklər, əsasən, yataqların təbii ehtiyatlarının azalma dinamikası və qlobal bazarın konyunkturasından asılılıqla əlaqələndirilir.

Əsas prioritetlərdən biri mövcud mədənlərin daha səmərəli istismarını təmin etmək məqsədilə müasir texnologiyaların tətbiq edilməsidir. Bununla yanaşı, ölkəmizdə yeni potensial gümüş yataqlarının kəşfiyyatı üzrə geoloji tədqiqat işləri davam etdirilir.

Qızıl və gümüş istehsalındakı fərqlər qlobal bazar şərtləri ilə də izah edilə bilər. Beynəlxalq bazarlarda qızılın qiymətinin artması, bu qiymətli metalın hasilatına olan marağı artırıb. Qızılın daha yüksək bazar dəyəri hasilatı iqtisadi baxımdan daha cəlbedici edir.

Bu ilin əvvəlindən indiyədək Azərbaycanda qızıl istehsalı və ixracının həcmi artıb.

Getdikçə istehsal və ixrac göstəricilərinin əvvəlki dövrlərlə müqayisədə daha yüksək olacağı proqnozlaşdırılır".

Hazırda 2025-ci ildən bizi sayılı günlər ayırır. Adətən bayram öncəsi bu və ya digər səbəblərdən məhsul və məmulatlara tələbat artdığından onların qiymətlərində də müəyyən artımlar baş verir. Yeni İl bayramı öncəsi də insanları düşündürən məqamlardan biri daxili bazarda qızılın qiymətlərində mümkün bahalaşmanın olub-olmayacağıdır.

Məsələ ilə bağlı R. Əmircanov bildirib ki, Yeni İl bayramı ərəfəsində bu metalların qiymətinə tələbin artması gözlənilsə də, əsas istiqamət dünya bazarlarının vəziyyətindən asılı olacaq: "Bayram mövsümləri, ənənəvi olaraq qiymətli metallara, o cümlədən qızıl və zinət əşyalarına marağın artdığı bir vaxtdır.

Artan tələbat daxili bazarda qızılın qiymətinə təsir göstərə bilər. Dünya bazarındakı qiymət dəyişiklikləri ilə yanaşı, yerli bazardakı tələb də qızılın dəyərinin yüksəlməsinə səbəb olur".
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Dekabr 2024 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see13505

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see794

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see270

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see241

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see203

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see173

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see155

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see151

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see134

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see134

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see132

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see131

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see130

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see129

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see129

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see127

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see127

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see127

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri