Bayram ərəfəsində artan tələbat qiymətlərin bahalaşmasına səbəb olur MÜNASİBƏT BİLDİRİLDİ
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ən çox əhalinin pul xərclədiyi bayram Yeni il və Novruz bayramlarıdır. Hər kəs çalışır ki, bu bayramları daha yaxşı keçirsin. Belə olan halda, xüsusilə öz evində qeyd etmək üçün və ya evdən kənarda qeyd edən insanlar üçün müəyyən vəsait tələb olunur. Bilirsiniz ki, ilk növbədə hər kəs çalışır ki, ailəsi ilə birlikdə haradasa bir restoranda, ictimai iaşə müəssisəsində bayramı qeyd etsin və bu səbəbdən də tələb artır. Yəni, bu ərəfədə aktivlik artır, bununla birlikdə tələbat da yüksəlir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, xüsusilə bahalaşan istiqamətlər hansılardır? Qida, ərzaq, bəzək əşyaları, oyuncaqlar və ictimai iaşə müəssisələri: "Son 5–10 ilin tendensiyasına baxsaq görərik ki, insanlar artıq bayramdan sonra da evdə qalmaq istəmirlər. Belə olan halda restoranlara maraq artır. Məsələn, adi günlərdə 250 manat olan bir məclisin qiyməti bayram günlərində 1400–2000 manatdan başlayır. Bu da tələbin çoxluğu nəticəsində baş verir. Tələb-təklif amili qiymətlərin artımına səbəb olur. Bazar nəzarəti mexanizmləri dedikdə qiymət tənzimlənməsi nəzərdə tutulur. Amma bu zaman hansısa bir həddindən artıq tənzimləmə və ya hüquqi sədlər iqtisadiyyatda bürokratik manelərə çevrilə bilər. Belə hallarda nə etmək lazımdır? Rəqabət mühiti formalaşdırmaq lazımdır. Məsələn, əgər otel və restoran qiymətləri bahadırsa, elə şərait yaratmaq lazımdır ki, həmin xidmətləri göstərən obyektlərin sayı çoxalsın.
Ərzaq məhsulları bahadırsa, bilirsiniz ki, biz idxaldan asılı iqtisadiyyata sahibik. Bir çox məhsulu xaricdən gətiririk. Hətta ölkədə istehsal edilən məhsulların xammal və inqrediyentlərinin bir çoxu da xaricdən alınır. Belə olan halda nə etmək lazımdır? Şərait yaratmaq lazımdır ki, ölkə daxilində daha çox istehsalçı müəssisələr yaransın və onlar arasında rəqabət mühiti formalaşsın".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 15 Dekabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















