Icma.az
close
up
RU
Bayram günlərində ictimai nəqliyyat pulsuz olacaq? KONKRET

Bayram günlərində ictimai nəqliyyat pulsuz olacaq? KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Bayram günlərində ictimai nəqliyyatdan istifadənin ödənişsiz və ya güzəştli olması ilə bağlı məsələ yenidən gündəmə gəlib. İctimai maraq doğuran bu yanaşmanın həm nəqliyyat sıxlığının azaldılması, həm də ətraf mühitin qorunması baxımından əhəmiyyətli ola bilər. Maraqlıdır, gələcəkdə bayram günlərində ictimai nəqliyyatdan istifadə ödənişsiz və ya güzəştli edilə bilərmi?

Bu barədə KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, məsələ Azərbaycan vətəndaşlarının gözləntilərinə əsaslanır və ictimai maraq doğurur.

“Avropa ölkələrinin təcrübəsi göstərir ki, bayram günlərində və ya ümumilikdə ictimai nəqliyyatın ödənişsiz olması real və effektiv mexanizmdir. Xüsusilə Pribaltika ölkələrindən başlayaraq bir sıra Avropa dövlətlərində bu proses artıq inkişaf mərhələsindədir. Bir çox ölkədə ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə ictimai nəqliyyatdan istifadə ödənişsiz həyata keçirilir”.

Akif Nəsirli qeyd edib ki, aparılan təcrübələr göstərir: ictimai nəqliyyatın ödənişsiz olduğu böyük şəhərlərdə nəqliyyat sıxlığı bir neçə dəfə azalır.

“Bu, həm tıxac probleminin aradan qalxmasına, həm də ətraf mühitə dəyən zərərin minimuma enməsinə səbəb olur. Belə şəhərlərdə əhali əsasən ictimai nəqliyyata üstünlük verir, şəxsi minik avtomobillərindən isə nadir hallarda istifadə olunur”.

İqtisadçının sözlərinə görə, bu modelin başqa bir maraqlı təsiri də var.

“Belə ki, ictimai nəqliyyatın ödənişsiz tətbiq edildiyi şəhərlərdə ticarət dövriyyəsi bir neçə dəfə artır. Bu isə ümumi iqtisadi fəallığın yüksəlməsinə müsbət təsir göstərir”.

Ekspert hesab edir ki, bu yanaşma gələcəkdə Azərbaycanda da, xüsusilə bayram günlərində, tətbiq oluna bilər və bu, həm sosial, həm də iqtisadi baxımdan səmərəli addımdır.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Dekabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri