Bayram günlərində qarlı hava ilə bağlı avtomobillər dəyən ziyan 1 mln. manata çatıb
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib. Qeyd edilib ki, 31 dekabr 2025-ci il – 4 yanvar 2026-cı il tarixlərində ölkə üzrə 9 qeyri-həyat sığortası şirkətinə ümumilikdə 2 156 sığortalı müraciəti daxil olub.
Müraciətlərin 1 876-sı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, 260-ı “Kasko”, 15-i “Daşınmaz əmlakın icbari sığortası”, 5-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növləri üzrə qeydə alınan sığorta hadisələri ilə bağlı olub.
Məlumata əsasən, 1 237 hadisə üzrə ehtimal olunan zərər məbləği 1 milyon 243 min 223 manat həcmində müəyyənləşdirilib. Qalan 919 hadisə üzrə zərərin qiymətləndirilməsi prosesi davam edir.
Hazırda bütün müraciətlər tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir. Sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləğinin 2 milyon manatı ötəcəyi ehtimal edilir.
Bildirilib ki, hesabat dövründə sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 70%-i Bakı şəhərində, 30%-i isə respublikanın şimal dağətəyi ərazilərində qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 06 Yanvar 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















