Bayram matəmə çevrildi 17 nəfər əzilərək öldü
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hindistanın Kəlkətə şəhərində keçirilən "Durqa-puca” bayramı zamanı baş verən sıxlıq nəticəsində azı 17 nəfər əzilərək həlak olub, 25-dən çox insan xəsarət alıb.
NDTV telekanalı xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Dəhşətli hadisə şəhərin şimalında yerləşən pavilyonda baş verib. Polisin bildirdiyinə görə, yerli vaxtla saat 19:40 radələrində qəfil başlayan yağış səbəbindən pavilyonun çıxışında böyük insan kütləsi toplanıb və nəticədə güclü sıxlıq yaranıb.
Hadisə şahidlərinin sözlərinə görə, bayrama gələnlərin çoxu huşunu itirib, bəzi yaralıları xəstəxanaya motosikletlərlə aparmalı olublar. Şahidlərdən biri pavilyonun giriş və çıxışının çox dar olduğunu, həmçinin ərazidə işıqlandırmanın olmadığını bildirib.
Qeyd edək ki, "Durqa-puca” Qərbi Benqal ştatında ilahə Durqaya həsr olunmuş ən böyük bayram sayılır və Kəlkətədə xüsusi təmtəraqla qeyd edilir. Şəhər pavilyonlarında bu mərasimlər il boyunca hazırlanan genişmiqyaslı ictimai tədbirlərə çevrilir.
///qafqazinfo///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 17 Oktyabr 2026 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















