Icma.az
close
up
RU
Bayram namazının qılınacağı saatlar AÇIQLANDI

Bayram namazının qılınacağı saatlar AÇIQLANDI

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qurban bayramının birinci günü - iyunun 6-sı bayram namazı qılınacaq. Namaz bir dəfə qılınır, digər günlərdə artıq bayram namazı qılınmayacaq".

Bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev deyib.

O bildirib ki, dövlət səviyyəsində 2 gün bayram elan olunub, şəriət qaydasında insanlar 3 gün də, yəni iyunun 6, 7, və 8-i qurban kəsə bilərlər:

"Hər il olduğu kimi bu il də bütün məscidlərimizdə Qurban bayramının namazı qılınacaq. Bayram namazı elan olunan əsas, birinci gündə, yəni iyunun 6-da qılınacaq. Hər bir məscid icmasının rəhbərliyi və imamı məscidə gələn camaatı nəzərə alaraq namaz vaxtını saat 8 və ya 9-a təyin edə bilər. Yəni saat 8-də də, 9-da da namaz qılına bilər. Camaatın gəlişi ilə əlaqədar bu məsələ tənzimlənə bilər. Məscid icması özü bu məsələdə azaddır. Rayonların çoxunda bəzi məscidlərdə saat 8-də, bəzilərində isə 9-da qılınır. Bakı və şəhərətrafı kəndlərin əksər məscidlərində saat 9-da qılınır. Bəzi məscidlərdə - məsələn Göy məscid, Heydər məscidində namaz saat 8-də qılınacaq, lakin insanların gəlişi ilə əlaqədar saat 9-da da qılına bilər. Məscid icması bu məsələ ixtiyar sahibidir".

Sədr müavini qurbanlıq heyvanların kəsilməsi barədə də məlumat verib:

"Qurban minimum xırdabuynuzlu heyvanlardan - qoç, qoyun, keçi kəsilir. Maddi durumu yaxşı olan ailə başçısı bir xırdabuynuzulu heyvan kəssə, yaxşı olar. Xırdabuynuzlu heyvanın bir neçə nəfərin şərik olaraq kəsməsi məsləhət görülmür. İribuynuzlu heyvanın çəkisinə uyğun olaraq 5-7 nəfər şərik olub kəsə bilər. Qurban kəsimi zamanı heyvanın yaşına diqqət edilməlidir. Xırdabuynuzlu heyvanların yaşı 8-dən yuxarı, iribuynuzlu heyvanın yaşı 1-dən çox, dəvənin isə qurban kəsilməsində 5 yaşında olması yaxşı olar.

Kəsilən heyvan 3 hissəyə ayrılmalıdır. Kəsən insan onun bir hissəsini öz ailəsi üçün, digəri qohum-əqrəbaya, digəri isə uzaq olan şəxslərə verilə bilər. Ehtiyacı olmayan heyvanı kəsən şəxs öz payını da yoxsullara verirsə, bu əməl də çox gözəldir. Paylanılan zaman heyvanın hər hissəsindən pay qoyulsa, yaxşı olar".

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 6-sı və 7-də ölkədə Qurban bayramı qeyd ediləcək. İyunun 7-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq iyunun 9-u qeyri-iş günü olacaq. Həmçinin, iyunun 8-i bazar gününə təsadüf etdiyindən ardıcıl 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyun 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri