Icma.az
close
up
RU
Bayram öncəsi Azərbaycan bazarlarında BAHALAŞMA

Bayram öncəsi Azərbaycan bazarlarında BAHALAŞMA

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Yeni ilin gəlişinə artıq sayılı günlər qalıb. Bayram öncəsi günlərdə meyvə-tərəvəz və çərəz bazarında ümumi bahalaşma müşahidə olunur. Məlumata görə, hazırda məhsullar həm paytaxtda, eləcə də rayonlarda əvvəlki aylara nisbətən xeyli bahalaşıb. Alıcılar bildirirlər ki, xüsusilə Bakı bazarlarında qiymətlər “əl yandırır”, yəni məhsullar çox yüksək qiymətə təklif olunur.

Mövzu ilə bağlı Modern.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli də bayram öncəsi günlərdə meyvə, tərəvəz və çərəz bazarında qiymətlərin artdığını təsdiqləyib.

O, mövcud bahalaşmanın səbəbini belə izah edib:

“Bunun əsas səbəbləri arasında hava şəraitinin dəyişməsi, güclü yağış və dolunun bir çox bağlara ziyan vurması, məhsuldarlığın azalması və nəticədə bazarda təklifin aşağı düşməsi, yəni qıtlıq göstərilir .

Bahalaşmanı artıran digər faktor isə logistika və saxlama xərclərinin yüksəlməsidir. Daşıma, soyutma və anbarlaşdırma xərcləri artdığı üçün qiymətlərə əlavə yük düşür və bu, paytaxt bazarlarında daha kəskin görünür. Bununla yanaşı, ölkədən meyvə-tərəvəz ixracının rekord səviyyəyə çatması daxili bazarda məhsul qıtlığı yaradır və qiymət artımını sürətləndirir. 2025-ci ilin yanvar-sentyabr dövründə ixracın son 5 ilin maksimum həddinə çatdığı bildirilir. Daxili bazardakı bahalaşma ixracın güclənməsi ilə də əlaqəlidir”.

İqtisadçı bildirib ki, rayonlarla paytaxt arasındakı qiymət fərqi qalmaqda davam edir:

“Rayonlarda bəzi məhsullar nisbətən ucuz ola bilər, lakin ümumi bahalaşma tendensiyası ölkənin bütün bölgələrində hiss olunur və təklifin azalması bu fərqi əvvəlki illərlə müqayisədə daha da azaldıb”.

O, həmçinin əlavə edib ki, ötən illərlə müqayisədə vəziyyət daha kəskindir:

“2023 və 2024-cü illərdə də qiymətlərdə artım olsa da, bu il hava şəraiti, ixracın artması və inflyasiya kimi amillər bahalaşmanı daha nəzərəçarpan edib. Üstəlik, qida məhsulları üzrə ümumi inflyasiya da yüksəlib və 2025-ci ilin ilk aylarında qida məhsullarında qiymət artımı 7.6% səviyyəsinə qədər çatıb”.

Müsahibimiz yekun olaraq vurğulayıb ki, yeni il ərəfəsində meyvə-tərəvəz və çərəz bazarında ucuzlaşma gözlənilmir. Onun fikrincə, mövcud vəziyyət onu göstərir ki, həm paytaxtda, eləcə də rayonlarda qiymətlər mövsümi deyil, əsasən struktur səbəblərə görə bahalaşıb və bu tendensiyanın ilin sonuna qədər davam etməsi ehtimalı böyükdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Dekabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri