Icma.az
close
up
RU
Bayram tətilində hara getməli? Kaspi nin araşdırması

Bayram tətilində hara getməli? Kaspi nin araşdırması

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Martın 20-dən etibarən Azərbaycanda 12 günlük bayram tətili başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, aprel ayının 1-dək ölkədə qeyri-iş günü hesab edilir. Belə uzunmüddətli istirahət, xüsusilə də yaz fəslində gözəl fürsətdir.

Bəs 12 günlük tətili məhsuldar və maraqlı keçirmək üçün necə dəyərləndirə bilərik? Ölkə daxilində və xaricində bu fəsildə gəzməli yerlər haradır? Ən əsası, qiymətlər necədir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Ölkə daxilində xüsusi aktivlik gözlənilir

Turizm mütəxəssisi Ceyhun Aşurov "Kaspi"yə açıqlamasında deyir ki, 12 günlük tətildə ölkə daxilində xüsusi aktivlik gözlənilir:

"Bu il Qəbələ, Şəki, Quba, Qusar, Lənkəran və Gəncə istiqamətlərinə maraq var. Xüsusilə Gəncə istiqamətində sürət qatarı olduğu üçün daha çox səyahət gözlənilir. Bakı sakinləri üçün ən yaxın ərazilər isə paytaxtdan iki-üç saatlıq məsafədə yerləşən ərazilərdir. Buraya Quba, Şabran, Şamaxı və Qəbələni misal göstərmək olar. Həmin bölgələr turizm baxımından çox tələbatlıdır və formalaşmış infrastruktura malikdir. Ona görə də insanlar bu ərazilərdə istirahət etməyə daha çox üstünlük verirlər".

Villalar ailələr üçün sərfəlidir

Qiymətlərə gəldikdə isə mütəxəssis deyir ki, qalma yerləri və hotellərin kateqoriyasına görə qiymətlər fərqlidir:

"Regionlarda üçulduzlu hoteldə ikinəfərlik otaqda qiymətlər gecəsi 80 manatdan, beşulduzlu hotellərdə isə 200-250 manatdan başlayır. Eyni zamanda, həmin istiqamətlərdə villalar var ki, bu, ailələrə daha çox sərfəlidir. Villanın da qiymətləri yerləşmə yeri, şəraitinə görə dəyişir. Qiymətlər günlük 250-300 manatdan başlayır. Ona görə sərfəlidir ki, villada daha çox adam qala bilir. Hotellərdə isə bir otaqda maksimum dörd nəfər gecələyə bilər, qiyməti də təbii ki, yüksək olur".

Batumi, Dubay, İstanbul, Maldiv...

Həmsöhbətimizin sözlərinə görə, bayram tətilində ölkə xaricinə gedənlər də az deyil:

"Artıq bu ayın əvvəlindən turizm şirkətləri sosial şəbəkələrdə ölkə xaricinə səfərlərlə bağlı müxtəlif təkliflər irəli sürürdülər. Batumi, Tbilisi, İstanbul, Doha, Dubay istiqamətlərinə üç-dörd günlük turların qiyməti hoteldə qalma və təyyarə bileti də daxil olmaqla, 400-500 dollar ətrafında dəyişirdi. Eyni zamanda, Misirə də sərfəli turlar mövcuddur. Qiymətlər 500 dollardan başlayaraq, 1 000 dollara qədər dəyişir. Hətta Maldiv, Şri-Lanka istiqamətinə də 1 000 dollardan başlayan turlar mövcuddur. Vətəndaşların ölkə xaricində istirahət üçün kifayət qədər vaxtları olduğundan istədikləri ölkəyə rahat səyahət edə bilirlər".

"Bu tətil qiymətlər əlverişlidir"

Mütəxəssis vurğulayır ki, bayram tətili Ramazan ayına təsadüf etdiyi üçün ölkəyə gələn turistlərin sayında azalma var. Tələbat az olduğu üçün qiymətlər də nisbətən aşağıdır:

"Çünki Ramazan ayında, xüsusilə islam ölkələrindən gələn turistlərin sayı çox olmur. Bu da tələbatın kəskin qalxmasının qarşısını alır. Ona görə də qiymətlər hazırda ötənilkindən yüksək deyil, hətta ötən illə müqayisədə nisbətən əlverişli qiymətlər əldə etmək mümkündür. Ölkə daxilində də aktivlik, əsasən, qohum və dost ziyarətlərində daha çox olacaq. Çünki insanlar öz rayonlarına, qohum, dostlarını ziyarətə gedirlər. Amma sırf istirahət üçün hotelə gedənlərin sayı çox olmayacaq, bu da qiymətlərin kəskin artmasının qarşısını alan faktordur".

Avropa ölkələrinə maraq azdır

Turizmçi Sürəyya Axundova deyir ki, 12 günlük tətildə Avropa ölkələrinə maraq azdır:

"Avropa ölkələri soyuq olduğu üçün bu tətildə tələbat az oldu. Daha çox Asiya - Tailand, Vyetnam, Maldiv istiqamətinə qeydiyyatlar oldu. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərindən Dubay şəhəri, Türkiyədən İstanbul şəhərinə turistlər tərəfindən maraq daha çoxdur".

Turizmçi bildirir ki, öncədən rezervasiya edənlər Asiya istiqamətinə bir adam üçün turu 1 800 - 2 500 manata əldə ediblər.

"Ən sərfəlisi Lerik və Şəkidir"

S.Axundovanın sözlərinə görə, ölkə daxilində ən sərfəli rayonlar Lerik və Şəkidir:

"Quba və Şamaxı Bakıya yaxın olduğu üçün daha bahadır".

Məlumat üçün bildirək ki, Maldiv turu 2 600 manatdan, İstanbul turu və Dubay 1 000 manatdan başlayır.

Ən çox turist qəbul edəcək ərazi Qarabağdır

Turizm eksperti Rəhman Quliyev isə deyir ki, tətildə Azərbaycana Rusiyadan, Hindistandan, Pakistandan turistlərin gəlməsi gözlənilir:

"Novruz milli bayram olduğu üçün yerli əhali bu bayram tətilinə daha çox maraq göstərir. Xüsusilə də Quba, Qusar, Şəki, Zaqatala, Balakən və Qax istiqamətinə bu tətildə səfər üçün daha çox üstünlük verilir. Bu il ən çox turist qəbul edəcək ərazi isə Qarabağ zonasıdır. Çünki bu, yeni turizm destinasiyasıdır. Şuşada və Xankəndidə fəaliyyət göstərən lüks hotellər, Laçının nisbətən ekonom büdcəli hotelləri Novruz şənlikləri təşkil edəcək, bu da həm o bölgənin əhalisi, həm də yerli turistlər üçün olduqca maraqlıdır".

Turizm mütəxəssisi deyir ki, 12 günlük tətildə xaricə gedənlərin də sayında artım müşahidə olunur:

"Ümumi olaraq, hər il olduğu kimi, bu il də Türkiyəyə gedən yerli turistlərin sayında daha çox artım var. Eyni zamanda, Dubay, Misirdə temperatur mülayim olduğu üçün bu istiqamətlərə də maraq olur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Mart 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri