Bayrama görə 5 gün ardıcıl iş olmayacaq Yerdəyişmə edilməyəcək
Icma.az, Milli.az saytına istinadən bildirir.
Bir neçə müddətdir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərinin ardıcıllığı məsələsi sual altındadır.
Milli.Az-ın əldə etdiyi məlumata görə, bayram günlərinin heç biri şənbə və bazara təsadüf etmədiyinə görə təqvimə heç bir dəyişiklik edilməyəcək.
Belə ki, 2025 və 2026-cı il təqvimlərinə əsasən 31 dekabr və 1,2 yanvar tarixləri qeyri iş günləridir. 3 və 4 yanvar tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 5 günlük iş həftəsində çalışanlar üçün qeyri-iş günləridir.
Müvafiq olaraq 5 günlük iş həftəsində çalışanlar üçün 31 dekabr və 1,2,3,4 yanvar tarixlərində qeyri-iş günü olacaq.
Qanunvericiliyin tələbinə əsasən isə bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.
Nazirlər Kabinetindən Milli.Az-ın sorğusuna cavab olaraq isə bildirilib ki, iş günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən heç bir qərar qəbul edilməyib.
Mina Mikayılova
Milli.Az
Baxış sayı:78
Bu xəbər 24 Dekabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















