Icma.az
close
up
RU
Bayramda qiymətlər od tutub yanacaq AÇIQLAMA

Bayramda qiymətlər od tutub yanacaq AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qurban bayramı ərəfəsində ət bazarında qiymətlərin necə dəyişəcəyi hər il olduğu kimi bu dəfə də əsas müzakirə mövzularından biridir. Bayram dövründə tələbin artması, istehlakçı fəallığının yüksəlməsi və bazarda yaranan əlavə sıxlıq qiymət dinamikasına birbaşa təsir göstərir. Eyni zamanda yerli istehsalın vəziyyəti və mal-qaranın sayındakı dəyişikliklər də qiymətlərin formalaşmasında mühüm rol oynayır. 
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a bildirib ki, Azərbaycanda ətin qiyməti son aylarda demək olar ki, davamlı olaraq artım göstərir:
"Qurban bayramı dövründə isə tələbin kəskin yüksəlməsi bu prosesə əlavə təsir edir və bazarda ətə olan ehtiyac daha da artır. Eyni zamanda ölkədə yerli istehsalın azalması da qiymətlərin formalaşmasına birbaşa təsir göstərən əsas amillərdən biridir. İribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayında müşahidə olunan azalma fonunda daxili bazarın tələbatı tam qarşılanmır və bu da qiymətlərin stabil qalmasına imkan vermir.
Nəticədə bazarda artım tendensiyası davam edir və bu proses təkcə mövsümi deyil, həm də struktur xarakteri daşıyır. Qurban bayramı ərəfəsində və bayram günlərində isə qiymətlərin növbəti artım dalğasının baş verməsi ehtimalı daha da güclənir", - deyə ekspert bildirib. 
Yəni, ölkədə mal-qaranın sayı azaldığı və yerli istehsal tələbatı ödəmədiyi üçün Qurban bayramında ətin qiymətinin daha da bahalaşacağı gözlənilir.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 May 2026 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri