Icma.az
close
up
RU
Bayramdan sonra Bakı FOTOLAR

Bayramdan sonra Bakı FOTOLAR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Hər il olduğu kimi bu il də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə çoxlu sayda həm yerli sakinlər, həm də xarici qonaqlar möhtəşəm atəşfəşanlığı izləmək üçün Bakı şəhərinin mərkəzinə axın edib. Xüsusilə bayram gecəsi atəşfəşanlıq bayram ab-havasını daha da canlandırır. Bu böyük izdihamdan sonra parkların, meydanların və küçələrin zibillənməsi, ətrafın çirklənməsi təbii və gözlənilən haldır.

Modern.az xəbər verir ki, bütün bunlara baxmayaraq, bayram gecəsinin ardından paytaxtın təmiz və nizamlı görünüşü hər kəsin diqqətini çəkdi. Böyük izdihamın olduğu, çoxlu sayda insanın bir araya gəldiyi məkanlarda Bakı şəhərinin kommunal xidmətlərinin effektiv fəaliyyəti sözsüz ki, xüsusi qeyd edilməlidir. Yanvarın 1-i səhər saat 06:00-da artıq şəhərin küçələrində, parklarda və meydanlarda tam təmizlik təmin edilib. Bu, gücləndirilmiş iş rejimində çalışan kommunal xidmət əməkdaşlarının fədakar əməyinin nəticəsidir.

Bakıda keçirilən bayram tədbiri isə şəhərin kommunal təsərrüfat işçilərinin işinin yüksək səviyyədə təşkil olunması ilə yanaşı Prezident İlham Əliyevin siyasəti nəticəsində insanlarımızın həyat və mədəni səviyyəsinin durmadan artmasının əyani sübutudur. Bundan əlavə dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində paytaxtın kommunal strukturlarının maddi texniki bazası hər il gücləndirilir.

İnsanların təhlükəsiz və rahat şəraitdə bayramı qeyd etməsi, ardınca isə şəhərin sürətlə əvvəlki vəziyyətinə qayıtması Bakı şəhərinin müasir paytaxt olaraq davamlı inkişaf etdiyini bir daha təsdiqləyir.

Qeyd edək ki, Bakının təmiz və nizamlı görünüşü dünyanın bir çox paytaxt şəhərlərində bayram gecəsindən sonra yaranan mənzərə ilə kəskin ziddiyyət təşkil edir. Məsələn, Fransanın paytaxtı Parisdə qalaq-qalaq zibil yığılması artıq adi hala çevrilib. Nyu-York şəhərində isə Yeni il tədbirlərindən sonra küçələrin vəziyyəti daha acınacaqlı idi. Avropanın digər iri şəhərlərində də oxşar mənzərələr müşahidə edildi. Bakı isə bu fonda təmizlik və nizam-intizam nümunəsi kimi seçildi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Yanvar 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri