Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Bayramlarınız mübarək, Qarabağ şəhərləri!

Bayramlarınız mübarək, Qarabağ şəhərləri!

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin şəhər günü

20 sentyabr ölkəmizdə həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin şəhər günüdür. 2023-cü il sentyabrin 20-də qələbə ilə başa çatmış və Qarabağ münaqişəsinə son qoymuş antiterror əməliyyatında qazanılmış tarixi qələbə ötən ildən ölkəmizdə Suverenlik Günü olaraq təntənə ilə qeyd edilir. Həmin gün Ordumuzun Xankəndi, Xocalı, Xocavənd və Ağdərəni erməni işğalından azad etməsi, haqlı olaraq, bu şəhərlərin yenidən doğulma gününə çevrilib.

2023-cü il sentyabrın 19-20-də zəfər tariximizin şanlı səhifələrindən olan antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Havadarlarına arxalanaraq, dünyanın kor olmuş “ədalət carçıları”nın donuq baxışları altında Qarabağda illər boyu at oynadan qeyri-qanuni xunta rejimi ləğv edildi, hüquq-mühafizə orqanlarımızın yüksək peşəkarlıqla həyata keçirdikləri əməliyyatlar nəticəsində separatçıların əsas rəhbərləri həbs olundular və bu gün törətdikləri cinayətlərə görə məhkəmə qarşısında hesab verirlər.

Beləliklə, Azərbaycan təkbaşına ilahi ədaləti bərpa etdi, bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa olundu. Şanlı qələbələrimizin müdrik memarı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edərək orada müqəddəs bayrağımızı ucaltmaqla zəfər yürüşünün torpaqlarımıza göz dikən, Qarabağ üzərindən oyunlar qurmağa çalışan mənfur niyyətliləri susduran final möhürünü vurdu.

Bu gün üçrəngli bayrağımız ölkəmizin hər yerində olduğu kimi, Qarabağın və Şərqi Zəngəzurun bütün guşələrində qürurla dalğalanır. Yollar çəkilir, evlər tikilir, bərpa edilir, qəsəbələr, şəhərlər salınır, düşmənin vəhşicəsinə dağıtdığı, yerlə bir etdiyi yurd yerlərimiz yenidən qurulur. Ən əsası isə, Vətən həsrəti sona çatan keçmiş məcburi köçkünlərin köç karvanları bir-birinin ardınca işğaldan azad edilmiş torpaqlarımıza istiqamət götürür, yeni tikilmiş rahat, yarlı-yaraşıqlı evlər insan nəfəsi ilə hərarətlənir, körpə gülüşünə sevinir.

Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası sürətlə davam etdirilir. Artıq ikinci ildir füsunkar Xankəndimiz, yaraları qaysaq bağlayan Xocalımız, qədim Ağdərəmiz, gözəl Xocavəndimiz yenidən əsl sahiblərinin qayıdışını bayram edir. Kəndlər, şəhərlər abadlaşdırılır, Qarabağın qara günlərini yeni dirçəliş, inkişaf dövrü əvəzləyib.

İkinci ildir azadlığını, şəhər günlərini bayram etdiyimiz Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Böyük Qayıdış çərçiəsində görülən işlərin miqyası göz oxşayır, Vətənini sevən hər bir azərbaycanlının ürəyini qürurla doldurur. Rəqəmlər da qısa vaxtda nə qədər böyük layihələrin reallaşdırıldığını sübut edir.

Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, ilkin mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində, Xocalı rayonunun 11 kəndində (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad, Şuşakənd, Almalı, Çanaqçı, Mehdibəyli) və Ağdərə rayonunun 7 kəndində (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Aşağı Oratağ və Çapar) təmir-bərpa işlərinin aparılması məqsədilə müvafiq sayda qismən yararlı evlər müəyyən edilib.

Ölkə başçısının qayğısı və diqqəti sayəsində Xocalı rayonunun Ballıca kəndində təmir işləri başa çatdırılıb və ümumilikdə 912 nəfər olmaqla 200 keçmiş məcburi köçkün ailəsinin burada daimi məskunlaşdırılması təmin olunub. Eyni zamanda, rayonun Xanyurdu kəndinə 69 (237 nəfər), Təzəbinə kəndinə 28 (125 nəfər), Badaraya 14 (56 nəfər), Daşbulağa 13 (67 nəfər), Seyidbəyliyə 9 (30 nəfər), Şuşakənd kəndinə isə 15 ailə (59 nəfər) köçürülüb. Ağdərə rayonunda da Böyük Qayıdışa start verilib, Həsənriz kəndində 159 (566 nəfər), Vəngliyə 51 (188 nəfər) və Kolatağa 26 ailənin (89 nəfər) köçü baş tutub.

Qeyd olunan kəndlərdə fərdi evlərin bərpası ilə yanaşı, yaşıllıq zonalarının, o cümlədən əhalinin istirahəti üçün nəzərdə tutulmuş parkların salınması, dekorativ bitkilərin əkilməsi, küçələrin abadlaşdırılması və işıqlandırılması, kənddaxili yolların təmiri, asfalt örtüyünün yenilənməsi, eləcə də müvafiq infrastrukturun yaradılması ilə bağlı aidiyyəti dövlət qurumlarının fəaliyyəti əlaqələndirilir və davamlı tədbirlər həyata keçirilir. 2025-ci ilin mart-aprel aylarında Ağdərə rayonunun Suqovuşan kəndində inşası başa çatdırılmış 5 ədəd beşmərtəbəli yaşayış binasında 180 ailə (592 nəfər), Xocalı şəhərində isə ümumilikdə 86 ailə (346 nəfər) məskunlaşdırılıb. Məlum olduğu kimi, daha öncədən Ağdərənin Talış kəndində 90 nəfərdən ibarət 20 ailənin qayıdışı baş tutub.

Qarabağda əhalinin sayının artımı təkcə keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına köçürülməsi ilə məhdudlaşmır. Bölgədə işləməyə, oxumağa gələnlər də inkişafa, tərəqqiyə, bərpa-quruculuq işlərinə öz layiqli töhfələrini verirlər. Bu günə qədər ərazidə ümumilikdə 18.7 minə yaxın şəxsin məskunlaşması təmin edilib. Hazırda Xankəndi şəhərində 14740 nəfər yaşayır ki, onlardan 11030-u dövlət və özəl qurumlarda çalışanlar və ailə üzvləridir. Şəhərdə orta məktəb şagirdlərinin sayı 1036, Qarabağ Universitetində təhsil alan tələbələrin sayı 2210 nəfərdir. Ailə üzvləri ilə birlikdə yaşayan hərbiçilərin sayı da kifayət qədər çoxdur.

Ağdərə rayonunda daimi yaşayan 1773 nəfərdən 1525-i məskunlaşmış keçmiş məcburi köçkün, 248-i isə dövlət və özəl qurumlarda çalışanlar və onların ailə üzvləridir. Xocalı rayonunda isə bu göstərici ümumilikdə 2170 nəfərdir. Artıq Xocavənd də sakinlərini qarşılamağa başlayıb. 2025-ci il sentyabrın 11-də rayonun Qırmızıbazar kəndinə 39 nəfərdən ibarət 10, Sos kəndinə 45 nəfərdən ibarət 10, sentyabrın 12-də isə Hadrut qəsəbəsinə 41 nəfərdən ibarət 10 ailənin köçü baş tutub. Qarabağın və Şərqi Zəngəzurun bütün rayonlarına Böyük Qayıdış mərhələli şəkildə davam etdirilir.

Əhali artır, əzəli sakinlər öz ata-baba yurdlarına dönür və Xankəndi, Xocalı, Ağdərə, Xocavənd bayram ab-havalı günlər yaşayır. Bu gün Qarabağ həm separatçılar üzərində qələbənin ikinci ildönümünü, həm də şəhərlərinin gününü bayram edir. Əlbəttə ki, bu bayramlar təkcə həmin bölgələrdə yaşayanların, bu bölgənin sakinlərinin deyil, bütün xalqımızın, dünyanın dörd bir yanındakı soydaşlarımızın sevinci, fərəhidir. Bu axşam isə şəhər günü ilə bağlı Xankəndidə böyük konsert proqramı keçiriləcək.

Azadlığın əbədi, şəhərlərin abad olsun, Qarabağ. Bayramların mübarək, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə!

Mahir RƏSULOĞLU,
“Xalq qəzeti”nin Qarabağ müxbiri
Xankəndi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:274
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Sentyabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri