Icma.az
close
up
RU
Bayramlarla bağlı pensiya, sosial yardım, təqaüd alanlara şad xəbər!

Bayramlarla bağlı pensiya, sosial yardım, təqaüd alanlara şad xəbər!

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bayram bazarlığı və bayram alış-verişi etmək, bayram hədiyyələri almaq istəyən yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, istənilən növ müavinət və təqaüd alan şəxslərə, sosial yardım alan ailələrə, Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə endirimlər təklif olunur.

Yeri gəlmişkən, bir neçə gündür respublikanın bölgələrində yaşayan pensiyaçıların, habelə güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərin pensiyaları, sosial yardım, müavinət və təqaüdlər ödənilib. Bu sosial ödənişləri bankomatdan çıxarmadan, digər hansısa karta köçürmədən endirim təklif edən mağaza, market və apteklərə gedib alış-veriş edib, restoran və klinikaların xidmətlərindən yararlanıb nağdsız qaydada ödəniş etsəniz, təklif olunan endirim fürsətlərindən faydalana bilərsiniz. Əgər pulu nağdlaşdırsanız və ya pensiya kartından başqa karta köçürüb istifadə etməyə çalışsanız, endirimlərdən yararlana bilməyəcəksiniz. Çünki endirim yalnız nağdsız qaydada sosial ödəniş kartı ilə edildikdə tətbiq olunur. Endirim təklif edən şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq, "Partnyorlar" bölməsində tanış olmaq mümkündür.

Bayrama çox az vaxt qalıb. Yəqin ki, hələ bayram bazarlığı etməyənləriniz çoxdur. Heç narahat olmayın. Yolunuzu elə "Bazarstore" və "Al market"dən salıb bayram alış-verişi edə bilərsiniz. Çünki bu marketlər sosial ödəniş alan hər kəsə endirim təklif edir. Ölkəmizin bütün şəhər və rayonlarında fəaliyyət göstərən bu marketlər şəbəkələrindən bazarlıq edib ödənişi sosial ödəniş kartı ilə nağdsız qaydada etsəniz, avtomatik olaraq sizə endirim tətbiq olunacaq.

Yəqin ki, yaxınlarınıza, sevdiklərinizə bayram hədiyyəsi almaq istəyirsiniz. Elə isə həm Bakıda, həm də regionlarda məişət avadanlıqları və elektrotexnika məhsullarının satışını reallaşdıran "Baku Electronics"ə üz tuta bilərsiniz. Çünki mağaza sosial ödəniş alan şəxslərə bütün məhsullarını endirimli qiymətlərlə təklif edir. Buradan alış-veriş edib məbləği sosial ödəniş kartı ilə ödədikdə avtomatik endirim tətbiq edilir. Bu fürsəti əldən verməyin.

Bakıda müxtəlif yerlərdə satış nöqtələri olan "Skechers" mağazası sosial ödəniş alanlara bütün məhsullarında 10 faiz endirim təklif edir. Kişi, qadın və uşaqlar üçün idman ayaqqabılarının satışı ilə məşğul olan bu mağazadan istənilən məhsulun alışı zamanı sizə 10 faiz endirim olunacaq. Endirimdən faydalanmaq üçün alış-veriş zamanı ödənişi mütləq sosial ödəniş kartı, yəni pensiya, müavinət, sosial yardım və təqaüd aldığınız kartla nağdsız qaydada edin.

Bakıda və Sumqayıtda fəaliyyət göstərən "Miniso" mağazalarında da sosial ödəniş alanlara endirimlər var. Yolunu bu məkandan salıb alış-veriş edən hər bir sosial ödəniş alan şəxs üçün mağaza endirim təklif edir.

Səhhətinizdə hər hansı bir narahatlıq varsa, "Oksigen" Klinik Xəstəxanasına, "Stimul Hospital"a və "Med Servis" Özəl Tibb Mərkəzinə üz tutun. Çünki müxtəlif tibbi xidmətlər göstərən bu müəssisələrdə sosial ödəniş alan şəxslərin müayinə və müalicəsi endirimli qiymətlərlə həyata keçirilir.

Unutmayaq ki, endirimlərdən faydalanmaq üçün alış-veriş və xidmətlərdən istifadə zamanı ödəniş mütləq sosial ödəniş kartı, yəni pensiya, müavinət, sosial yardım və təqaüd alınan kartla nağdsız qaydada edilməlidir.

Qeyd edək ki, bu günədək sosial ödəniş alan şəxslər tərəfdaş şirkətlərdən nağdsız qaydada, yəni sosial ödəniş kartları vasitəsilə 1 milyondan çox alış-veriş edib, təklif olunan endirimlərdən faydalanıblar.

Çoxsaylı endirimlər təklif edən digər şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq, "Partnyorlar" bölməsində tanış olmaq mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Dekabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri