Icma.az
close
up
RU
Bayramov həmkarını normallaşma prosesi barədə məlumatlandırdı

Bayramov həmkarını normallaşma prosesi barədə məlumatlandırdı

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Martın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

XİN-dən Modern.az-a verilən xəbərə görə, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Geniştərkibli görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətləri, ikitərərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Tərəflər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib, ölkələrimiz arasında baş tutan ali və yüksək səviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyi vurğulanıb. Ötən il Azərbaycan Respublikasının Prezidentinin Qazaxıstana 2 dəfə, Qazaxıstan Respublikasının Prezidentinin isə ölkəmizə 3 dəfə səfərinin ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğu bildirilib.

İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. Nazir Ceyhun Bayramov qardaş ölkələr, o cümlədən Mərkəzi Asiya ölkələri və Qazaxıstanla əlaqələrin bütün sahələrdə gücləndirilməsinin xarici siyasətimizin əsas prioritetlərindən olduğunu qeyd edib.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, habelə qarşılıqlı maraq doğura biləcək yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi barədə fikir mübadiləsi aparılıb.

Xüsusilə, Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif sahələr üzrə təşəbbüslərin irəli sürülməsinin, ali və yüksək səviyyədə toplantıların keçirilməsinin, əhəmiyyətli qərarların qəbulunun, habelə təşkilatın beynəlxalq arenada nüfuzunun gücləndirilməsi və institusionallaşması istiqamətində əməkdaşlığımızın təqdirəlayiq olduğu bildirilib.

Beynəlxalq platformalardan bəhs edərkən, ötən ilin noyabr ayında Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29-da Qazaxıstanın ən yüksək səviyyədə təmsil olunmasının, tədbirin işində yaxından iştirak etməsinin və ölkəmiz tərəfindən irəli sürülmüş təşəbbüslərə qoşulmasının yüksək qiymətləndirildiyi vurğulanıb.

Nəqliyyat-kommunikasiya istiqamətlərinə gəlincə, “Orta Dəhlizin” ayrılmaz komponenti olan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlığın genişləndirilməsinin, habelə “Rəqəmsal İpək Yolu” layihəsinin əsas hissəsi olan Bakı ilə Aktau arasında inşası planlaşdırılan “Xəzər dənizinin dibi ilə fiber optik kabel magistralı” layihəsinin Azərbaycan-Qazaxıstan əməkdaşlığının daha dinamik xarakter almasına xidmət edəcəyinə əminlik ifadə olunub.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minatəmizləmə fəaliyyəti, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı durumu barədə məlumatlandırılıb.

İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa edilməsi minnətdarlıq hissi ilə vurğulanıb.

Qazaxıstan tərəfinin sülh prosesinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirilib, Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə ikitərəfli danışıqlar prosesi çərçivəsində əldə olunan nailiyyətə baxmayaraq, Ermənistan konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmiz əleyhinə ərazi iddialarının davam etdirilməsinin, Minsk Qrupunun saxlanması ilə bağlı Ermənistan tərəfinin mövqeyinin fundamemental problem olaraq qaldığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda nazirlər Xarici İşlər Nazirlikləri arasında 2025-2026-cı illər üzrə fəaliyyət planını imzalayıblar.

Daha sonra nazirlər görüşün yekunlarına dair mətbuat konfransında bəyanatlarla çıxış ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Mart 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri