Bayramovdan sülhlə bağlı açıqlama
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini inamla davam etdirəcək.
Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 27 Sentyabr - Anım Günü ilə bağlı X hesabında etdiyi paylaşımda bildirib.
"27 sentyabr tarixində 30 ilə yaxın işğal və təcavüz faktına son qoyaraq hazırkı postmünaqişə dövrünün reallıqlarının, bölgəmizin əmin-amanlığının əsasını qoyan 44 günlük Vətən müharibəsinin başlamasından 5 il ötür. 27 Sentyabr - Anım Günü ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canlarından keçən Şəhidlərimizi andığımız qürur tarixidir.
Tarixi ədalət və beynəlxalq hüququn təmini uğrunda canlarından keçən bütün oğul və qızlarımıza Allahdan rəhmət, bu yolda sağlamlıqlarını itirən bütün müharibə iştirakçılarına şəfa diləyirik. Dayanıqlı sülh və sabitliyin hər zamankından daha yaxın olduğu hazırkı dövrdə ölkəmiz sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini inamla davam etdirəcəkdir", - nazir vurğulayıb.
Baxış sayı:37
Bu xəbər 27 Sentyabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















