Bayramyaxınlaşır, qiymətlər bahalaşır Açıqlama
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Novruz bayramı yaxınlaşdıqca çərəzlərin qiyməti kəskin artlr. Bayramı fürsət bilənlər qiyməti yüksəldib.
Bəs bayram qabağı bazarda qiymətlər necədir?
Mia.az Milli.Az-a istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, əvvəllər 17 manata satılan fındıq hazırda 27-28 manatdır: "Sarı kişmişin qiyməti 9 manat, qara kişmiş isə 8 manat, qabıqlı fındıq keçən il 7 manat idisə, bu il 12 manat, Ordubad cəvizi isə 13 manatdır. Fındıqda bu il bir az qıtlıqdır deyə bahalaşma var".
Bölgələrdə isə qiymətlər bir az fərqlidir.
Qoz 4 manatdan 8 manata kimi,qabıqlı fındıq 4 manatdan 7 manata kimi, qoz ləpəsi 5 manatdan 20 manata kimi dəyişir.
Alıcılar isə qiymətin ürəkaçan olmadığını bildiriblər.
İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı qeyd edib ki, qiymətlərin baha olması məhsuldarlığın aşağı düşməsi və bu sahədə logistika xərclərinin yüksək olması ilə bağlıdır: "2025-ci ildə çərəzlərdə ciddi məhsuldarlıq problemi olub, buna görə də bahalaşma var".
İqtisadçı hesab edir ki, bayramla bağlı yaranan müvəqqəti xarakter daşısa da, digər amillərlə bağlı baş verən qiymət artımları elə olduğu kimi qalacaq.
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 25 Fevral 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















